Kapital Bank namizədləri Pərakəndə satış departamentinin Satış kanalları şöbəsinin Birbaşa satışlar bölməsi üzrə Kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Öhdəliklər • Bankla partnyor, qeyri-partnyor olan təşkilatlara vizitlərin edilməsi və potensial müştərilərlə görüşlərin təşkili; • Potensial müştərilərə bank məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması; • Bank məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi və Bankın filiallarına yönləndirilməsi; • Bank məhsullarını əldə etmiş müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərə çıxış imkanlarının dəyərləndirilməsi; • Bankın kredit və qeyri-kredit məhsullarını təbliğ etmək üçün müxtəlif məntəqələrdəki mərkəzlərdə fəaliyyət göstərilməsi; • Satış prosesi ilə bağlı müvafiq hesabatların aparılması və s. Tələblər • Ali təhsil; • Məsuliyyətlilik; • Operativlik; • Qərar qəbuletmə bacarığı; • Kollektivdə işləmə bacarığı; • Müştərilərlə danışma qabiliyyəti; • Microsoft Office proqramları üzrə biliklər. Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa,hr.kapitalbank.azportalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.