İşin Təsviri:
- Təşkilatlarda informasiya texnologiyaları (İT) sistemlərinin və biznes proseslərinin təkmilləşdirilməsi üçün inkişaf imkanlarını müəyyənləşdirmək, strukturlaşdırılmış şəkildə həllər təklif etmək;
- İT sistemlərinin dizaynı, inkişafı və saxlanılması ilə məşğul olan texniki qruplarla koordinasiyalı işləməklə təşkilatın tələblərini təhlil etmək və onların effektivliyini artırmaq;
- Əsas biznes prosesləri, use-case, user story-lər və digər modellər əsasında iş axını diaqramları hazırlamaq və prosesləri optimallaşdırmaq;
- İT layihələrində iş planlarının hazırlanması, prioritetlərin müəyyən edilməsi, risklərin təhlili və hesabatların hazırlanmasına dəstək olmaq;
- Texniki tapşırıqlar, layihə sənədləri və digər analitik sənədlərin hazırlanmasında iştirak etmək;
- Beynəlxalq praktikaları və texnoloji yenilikləri izləyərək, rəqəmsallaşma və avtomatlaşdırma imkanlarını qiymətləndirmək;
- Biznes tələblərinin toplanması və işlənməsi prosesində müştərilər, proqramçılar və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq etmək;
- Proqram təminatı layihələrində tətbiq edilən texnologiyalar (API-lər, mikroservis arxitekturası və verilənlər bazaları daxil olmaqla) haqqında texniki anlayışa malik olmaq;
- Müvafiq qanunvericilik və normativ aktların təhlil edilməsi, təşkilatın strategiyalarına uyğun olaraq tələblərin uyğunlaşdırılması.
Tələblər:
- Ali təhsil (İT, Mühəndislik, Biznes İdarəetmə və ya əlaqədar sahələr üzrə);
- İT layihələrində və ya biznes analitika sahəsində ən azı 3 il iş təcrübəsi;
- Texniki biliklər: proqram təminatı arxitekturası, verilənlər bazası (SQL/NoSQL), API dizaynı və inteqrasiyası, UI/UX prinsipləri haqqında biliklər;
- Rəqəmsallaşma, avtomatlaşdırma və böyük miqyaslı sistemlərdə təcrübə;
- Proses modelləşdirmə vasitələri və alətləri ilə iş təcrübəsi ("Visio", "Jira", "Figma", "Canva", "draw.io", BPMN);
- Layihə idarəetmə metodologiyaları (Scrum, Agile, Waterfall) ilə tanışlıq;
- Məlumatların təhlili və hesabatlıq üzrə bacarıqlar (Excel, SQL, Power BI və ya digər analitik vasitələr);
- İngilis dili – texniki terminləri anlamaq və sadə kommunikasiya üçün yaxşı səviyyədə; Rus dili – orta səviyyədə;
- Güclü analitik düşüncə, problem həll etmə və ünsiyyət bacarıqları;
- İT layihələrin biznes məqsədlərinə uyğunluğunu təmin edən texniki sənədlərin hazırlanmasında praktiki təcrübə;
- Sahə üzrə beynəlxalq sertifikatlara (CBAP, PMI-PBA və s.) malik olmaq üstünlükdür.
Müraciət üçün:
Uyğun namizədlər "Biznes Analitik" başlığı ilə CV-lərini [email protected] ünvanına göndərə bilərlər.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb