Cümə axşamı, 4 Sentyabr, 2025

“Bu günün könüllüsü, sabahın peşəkarı” adlı təlimlər start götürür


  • Dərc edildi: 10 Noyabr, 2021 - 15:36
“Bu günün könüllüsü, sabahın peşəkarı” adlı təlimlər start götürür

"Aqrar İnkişaf Könüllüləri" Təşkilatı və "HRcell" şirkətinin birgə təşkilatçılığı ilə “Bu günün könüllüsü, sabahın peşəkarı” adlı təlimlər start götürür.
5 müxtəlif gündə (13.11.2021-23.11.2021), 5 fərqli mövzuya həsr olunan təlimlər Aqrar Tədqiqatlar Mərkəzində keçiriləcək.
Təlimlərin hər biri 2 saat olmaqla təşkil olunacaq və aşağıdakı mövzuları əhatə edəcək:
1. HR-ların şirkətdəki rolu və funksiyaları;
2. İşə qəbul prosesi və onun əsas mərhələri;
3. CV-lərin hazırlanması və göndərilməsi qaydaları;
4. Müsahibələr və müsahibələrə hazırlıq;
5. Karyera planlaması.
Karyera həyatına hazırlaşan və gələcəyinə töhfə vermək istəyən Aqrar İnkişaf Könüllülərinin hər birini təlimlərimizə qoşulmağa dəvət edirik!
Gəlin, birlikdə maariflənək və iş həyatına daha hazırlıqlı olaq!

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1125
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 257
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8132
Sumqayıt Dövlət Univ...