Cümə, 18 İyul, 2025

Bu il “Özünüməşğulluğa dəstək” layihəsi çərçivəsində 500 nəfər üçün kiçik biznes yaradılacaq


  • Dərc edildi: 25 İyun, 2021 - 05:52
Bu il “Özünüməşğulluğa dəstək” layihəsi çərçivəsində 500 nəfər üçün kiçik biznes yaradılacaq

Bu il “Özünüməşğulluğa dəstək” layihəsi çərçivəsində 500 nəfər üçün kiçik biznes yaradılacaq

Özünüməşğulluq proqramına dəstək məqsədilə kommersiya banklarının həyata keçirdiyi “Özünüməşğulluğa dəstək” layihəsi bu il də davam edir.   İşsiz aztəminatlı şəxslər, şəhid ailəsi üzvləri, Vətən müharibəsi iştirakçıları və qazilər, əlilliyi olan şəxslər, məcburi köçkünlər, ünvanlı sosial yardımı alanlar və həssas qruplardan olan digər şəxslər layihəyə cəlb ediləcək və onlar üçün bankların dəstəyi ilə kiçik bizneslər yaradılacaq.   2021-ci il ərzində layihəyə qeyd edilən kateqoriyalardan olan 500 nəfər işsiz şəxsin cəlb edilməsi nəzərdə tutulur.   Proqramahttps://cutt.ly/nnVcHnqlinkinə daxil olaraq müraciət etmək mümkündür.   Qeyd edək ki, “Özünüməşğulluğa dəstək” layihəsi Dövlət Məşğulluq Agentliyi vəAzərbaycan Banklar Assosiasiyası tərəfindən birgə həyata keçirilir.2020-ci ildə layihə çərçivəsində 1015 nəfər üçün istehsal-xidmət və kənd təsərrüfatı sahələri üzrə kiçik təsərrüfatlar qurulub.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 161
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 358
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 160
Bu gündən tələbələri...