İş yeri: Melissa Group baş ofisi
İş qrafiki: 5 günlük iş həftəsi
Əməkhaqqı: 800 AZN
Melissa Group olaraq təşkilati bacarıqları yüksək, səliqəli və məsuliyyətli bir Direktor Köməkçisi axtarırıq. Əgər siz də güclü koordinasiya və vaxt idarəetmə qabiliyyətinə sahibsinizsə, bu vakansiya sizin üçündür!
Vəzifə Öhdəlikləri:
Direktorun gündəlik iş qrafikinin planlaşdırılması və icrasına nəzarət
Rəsmi yazışmaların hazırlanması, sənədləşmə işlərinin təşkili
Görüşlərin, iclasların və səfərlərin təşkil edilməsi
Telefon zəngləri və e-maillərə operativ cavab verilməsi
Direktorun tapşırıqlarının vaxtında və dəqiq yerinə yetirilməsi
Protokolların yazılması və icrasının izlənməsi
Qonaqların qarşılanması və müşayiəti (çay, kofe, su servisi)
Namizəddən Tələblər:
25–35 yaş arası xanım namizədlər
Ali təhsil
MS Office proqramlarında sərbəst işləmə bacarığı
Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti (rus dili biliyi üstünlükdür)
Müvafiq sahədə iş təcrübəsi üstünlükdür
Səliqəli xarici görünüş, nəzakətli ünsiyyət və yüksək məsuliyyət hissi
Detallara diqqət yetirmə və problem həll etmə bacarığı
Təşkilatçılıq, koordinasiya və vaxtın idarə olunması bacarıqları
Müraciət Qaydası:
Zəhmət olmasa, CV-nizi mövzu hissəsində “Direktor köməkçisi” qeyd etməklə [email protected] ünvanına göndərin.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb