Cümə axşamı, 4 Sentyabr, 2025

“Distant təhsildə çağırışlar və nailiyyətlər” konfransı


  • Dərc edildi: 2 Noyabr, 2021 - 11:03
“Distant təhsildə çağırışlar və nailiyyətlər” konfransı

“Distant təhsildə çağırışlar və nailiyyətlər” konfransına hazırlıq işləri gedir. ARTİ-nin və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə baş tutacaq konfrans noyabr ayının 29-u 2021-ci il tarixində onlayn formatda keçiriləcək.
Konfransın əsas məqsədi son illərdə Azərbaycanın distant təhsil təcrübəsini, bu istiqamətdə görülən işləri, uğurlu dünya təcrübəsinin ölkəmizdə tətbiq perspektivlərini müzakirə etmək və gələcək hədəfləri müəyyənləşdirməkdir. Onlayn baş tutacaq konfransda Təhsil Nazirliyi və ona tabe qurumların nümayəndələrinin, ali və orta-ixtisas təhsili müəssisələrinin rəhbərliyi, pedaqoji və inzibati heyətinin və maraqlanan digər şəxslərin iştirakı nəzərdə tutulub. Müxtəlif panellərdən və sessiyalardan ibarət konfransın gündəliyi tezliklə ictimaiyyətə təqdim olunacaq.
Konfransda iştirak etmək üçün aşağıdakı keçiddə qeydiyyatdan keçməyiniz xahiş olunur:

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1125
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 257
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8132
Sumqayıt Dövlət Univ...