Cümə axşamı, 4 Sentyabr, 2025

Dövlət Məşğulluq Agentliyi tərəfindən “İş Klubu” layihəsinə start verilir


  • Dərc edildi: 10 İyun, 2022 - 08:13
Dövlət Məşğulluq Agentliyi tərəfindən “İş Klubu” layihəsinə start verilir

Dövlət Məşğulluq Agentliyi tərəfindən “İş Klubu” layihəsinə start verilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən peşəyönümü məsləhət xidmətini hədəf qruplarına daha əlçatan etmək məqsədi ilə “İş Klubu” layihəsinə start verilir.   Layihə çərçivəsində tələbələr, yeni məzunlar, işsiz və işaxtaranlar əyani olaraq peşəyönümü məsləhət xidmətindən yararlanmaqla bərabər, iş axtarışı yollarını praktiki olaraq sınaqdan keçirmək imkanı əldə edəcəklər.   İştirakçılara əmək bazarının cari vəziyyəti, düzgün iş məqsədlərinin təyini, effektiv rezüme hazırlığı, istək məktubunun yazılma qaydaları, müsahibəyə hazırlıq, iş axtarışı alətləri ilə tanışlıq mövzuları barədə ətraflı məlumat veriləcək.   Layihə 4 həftə davam edəcək. Son müraciət tarixi 17 iyundur.   Müraciət linki: shorturl.at/gmrE1   Layihədə aşağıdakı şəxslər iştirak edə bilər:   - iş tapmaqda çətinlik çəkənlər, - iş axtarışı barədə tam məlumatı olmayanlar, - karyera planlamasında dəstəyə ehtiyac duyanlar.   İştirak üçün qeyd edilmiş onlayn müraciət formasını doldurmaq tələb olunur. Seçilmiş iştirakçıların elektron poçt ünvanlarına müsahibə mərhələsinə dəvət məktubu göndəriləcək.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1125
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 257
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8132
Sumqayıt Dövlət Univ...