Bazar ertəsi, 2 İyun, 2025

Dövlət Məşğulluq Agentliyi yeni peşə kurslarına qəbul elan edir


  • Dərc edildi: 2 Sentyabr, 2021 - 06:11
Dövlət Məşğulluq Agentliyi yeni peşə kurslarına qəbul elan edir

Dövlət Məşğulluq Agentliyi yeni peşə kurslarına qəbul elan edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə “ÇakÇuk” startap layihəsi arasında əməkdaşlıq çərçivəsində təşkil olunacaq elektrik montyoru, xadimə, dayə, kombi ustası, məişət texnikası ustası, santexnika ustası peşələri üzrə hazırlıq kurslarına qəbul üçün Bakı Peşə Hazırlıq Mərkəzində ilkin müsahibələrə başlanıb.   İlkin mərhələdə Dövlət Məşğulluq Agentliyinə müraciət etmi�
� işsiz vətəndaşlar Bakı Peşə Hazırlıq Mərkəzi və "ÇakÇuk"" startap layihəsinin birgə təşkil etdiyi kurslardaiştirak etmək üçün seçimlərdən keçib.   Qeyd edək ki, bir aylıq tədris müddətində müdavimlər təqaüd alacaq, təlimlər bitdikdən sonra isə imtahanları müvəffəqiyyətlə başa vuran məzunlara rəsmi dövlət sertifikatı veriləcək.   Hazırda kursa qeydiyyat və müsahibələr davam edir.   Qeyd edilən peşə kurslarına qatılmaq istəyən Bakı, Sumqayıt şəhəri, eləcə də Abşeron rayon sakinləri qeydiyyata alınmaq üçün müvafiq ərazi məşğulluq filiallarına və ya DOSTMərkəzlərinəmüraciət edə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 21
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 95
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 142
Lisey və gimnaziyala...