Bazar ertəsi, 25 Avqust, 2025

E-imtahanlar və müsahibələrin təşkili departamentində baş məsləhətçi vəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 11 Avqust, 2025 - 21:34
E-imtahanlar və müsahibələrin təşkili departamentində baş məsləhətçi vəzifəsi üzrə vakansiya

Dövlət İmtahan Mərkəzinin E-imtahanlar və müsahibələrin təşkili departamenti Elektron imtahan, yoxlama və müsahibələrin texnoloji təminatı şöbəsində baş məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilir.

 

Qulluq funksiyaları:

Kliyent-server texnologiyalarından istifadə etməklə yaradılmış sistemlərlə Mərkəzin test zallarında müxtəlif növ imtahan və testlərin proqram təminatlarının hazırlanması və inkişaf etdirilməsi layihələrində iştirak və ya aparılması;

Verilənlər bazası (MS SQL Server və ya mySQL)  ilə işləmək bacarığı (verilənlər bazası dizaynı, SQL sorğuları, stored procedures, views, triggers və s.);

SQL sorğularının, indekslərinin və verilənlər bazası strukturunun optimallaşdırılması;

Məlumatların ehtiyat nüsxəsinin və bərpasının idarə edilməsi;

DBMS-də istifadəçi hərəkətlərinin auditinə nəzarət edilməsi;

Müxtəlif növ proqram təminatlarının və API-lərin dəstəklənməsi və inkişaf etdirilməsi;

Dövlət qulluğu üzrə əhaliyə göstərilən xidmətlərin elektronlaşmasının təmin edilməsi;

Test zallarında olan İKT avadanlıqlarının işlək vəziyyətdə olmasına nəzarət edilməsi və dayanıqlı fəaliyyətin həyata keçirilməsi;

Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.);

Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.

 

Tələblər:

Təhsil: Ali təhsil (Kompüter elmləri, informasiya texnologiyaları və digər texniki istiqamət üzrə ixtisaslar);

İş stajı: Vəzifənin qulluq funksiyalarına uyğun ən azı 3 il iş stajı

Kompüter bilikləri: Proqram təmina­tının tərtibi və istismarı (C#, C++, Python, Jscript, PowerShell dillərindən birini), məlumat bazalarının yaradılması, idarə edilməsi, aktuallaşdı­rılması və istifadəsi (MS SQL Server, MySQL sistemlərindən birini)

Xarici dil bilikləri: Rus dili – B1; İngilis dili – B1

Xüsusi tələblər: Analitik və problem həll etmə bacarığı, yaradıcı yanaşma, güclü kommunikasiya, komanda və fərdi işləmə qabiliyyəti, çoxsaylı tapşırıqları idarəetmə bacarığı, Git və ya digər versiya idarəetmə sistemlərində təcrübə.

Müraciət qaydası:

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər “Kadrlar uçotunun şəxsi vərəqəsini” dolduraraq mövzu bölməsində “Elektron imtahan, yoxlama və müsahibələrin texnoloji təminatı şöbəsi – baş məsləhətçi” qeyd etməklə 25 avqust 2025-ci il tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

 

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 518
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 100
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7392
Sumqayıt Dövlət Univ...