Şənbə, 12 İyul, 2025

”Ecoinnovators: Gənclər üçün Ekoloji Texnologiyalar və Sosial Sahibkarlıq düşərgəsi”-nə qeydiyyat açıq elan edilir!


  • Dərc edildi: 9 İyul, 2025 - 12:24
”Ecoinnovators: Gənclər üçün Ekoloji Texnologiyalar və Sosial Sahibkarlıq düşərgəsi”-nə  qeydiyyat açıq elan edilir!

”Ecoinnovators: Gənclər üçün Ekoloji Texnologiyalar və Sosial Sahibkarlıq düşərgəsi”-nə  qeydiyyat açıq elan edilir!



Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə “Ecoinnovators: Gənclər üçün Ekoloji Texnologiyalar və Sosial Sahibkarlıq düşərgəsi” layihəsinə start verilir.

Proqramın məqsədi ekoloji problemlərin həllinə və ətraf mühitin mühafizəsinə maraqlı olan gəncləri innovativ və yaradıcı düşüncəyə təşviq etmək, onların bu sahədə fərqli ideyalar və həll yolları irəli sürməsi üçün şərait yaratmaq, eləcə də davamlı inkişaf prinsipləri əsasında fəal iştiraklarını təmin etməkdir.

İştirakçılar həm onlayn, həm də oflayn təlimlərdə iştirak edərək  yaşıl texnologiyalar sahəsində beynəlxalq təcrübə ilə tanış olacaq, öz innovativ ideyalarını formalaşdırma imkanına sahib olacaq, sosial sahibkarlıq haqqında dərin bilik və bacarıqlara yiyələnəcək, eləcə də digər gənclərin savadlılığının artırılması üçün lazımi dəstək alacaqlar.

Proqram çərçivəsində 16-29  yaş aralığında:
 Yaşıl texnologiyalar, onların formalaşdırılması və inkişafı;
Sosial sahibkarlıq bacarıqlarının artırılması üçün təlimlər;
Ekoloji məsələlərin texnologiya ilə həlli üçün yeni ideyalara təşviq etmə;
Ekoloji savadlılığın artırılması üçün təlimlər əldə edəcəklər.

Qeydiyyat linki: https://shorturl.at/LJtS3
 

Tarix: 10 -15 avqust (dəqiqləşdirilir)

Düşərgənin keçiriləcəyi məkan: Şəki, İsmayıllı
Son müraciət tarixi: 16 iyul

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Yeni məzunlar üçün IT sahəsi üzrə yaxşı fürsət var
11 İyul, 2025 - 09:47 2002
Yeni məzunlar üçün I...
Tələbələrin köçürülməsi prosesinə start verilir
10 İyul, 2025 - 12:54 142
Tələbələrin köçürülm...
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır!
08 İyul, 2025 - 12:23 121
Məktəbəhazırlıq qrup...