Bazar ertəsi, 25 Avqust, 2025

Əlaçı təqaüd proqramı yenidən başlayır!


  • Dərc edildi: 3 İyul, 2025 - 15:57
Əlaçı təqaüd proqramı yenidən başlayır!

Hazırsınız? 

 

Əlaçı təqaüd proqramı yenidən başlayır! 

 

PAŞA Holding növbəti 2025-2026 tədris ilini əhatə edən təqaüd proqramını təqdim edir! 

 

“Əlaçı” proqramı 3-cü və 4-cü kurs bakalavr tələbələri üçün nəzərdə tutulan bir illik təqaüd proqramıdır. 

 

“Əlaçı” təqaüd proqramına yüksək imtahan nəticələri ilə fərqlənən və eyni zamanda fəal olaraq dərsdənkənar fəaliyyətlərdə, yəni könüllülük, təcrübə proqramları və sosial layihələrdə iştirak edən tələbələr müraciət edə bilər.

 

Seçim mərhələlərini uğurla tamamlayan və proqrama seçilən tələbələri nələr gözləyir?

 

Faydalı təlimlər, karyera məsləhətləri, mentorluq, eləcə də şəbəkələşmə fəaliyyətləri gözləyir. Bundan əlavə, proqram iştirakçıları təqaüd də əldə edəcəklər. 

 

Ətraflı məlumat və qeydiyyat üçün elachi.az web səhifəsinə keçid edə bilərsiniz.

Son qeydiyyat tarixi: 20 iyul 2025

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 477
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 96
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7366
Sumqayıt Dövlət Univ...