Cümə axşamı, 4 Sentyabr, 2025

Əmək haqqı üzrə mütəxəssis vakansiyası


  • Dərc edildi: 22 İyul, 2021 - 12:33
Əmək haqqı üzrə mütəxəssis vakansiyası

Araz Supermarketlər Şəbəkəsi " Əmək haqqı üzrə mütəxəssis" vakansiyası üzrə işə qəbul elan edir! Tələblər : - Ali təhsil (Mühasibatlıq, Maliyyə,İnsan Resursları); - Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi; - İmtiyazlarla (Bonus sistemi, dərəcələndirmə, KPİ lar) iş təcübəsi; olanlara üstünlük verilir; - Yüksək səviyyədə MS Excel bilikləri; - Problem həll etmə, analitik düşüncə, hesabatlılıq səriştəlikləri. Vəzifə öhdəlikləri : - Şirkət əməkdaşlarının aylıq əmək haqqının (məzuniyyət, xəstəlik vərəqəsi, əlavə iş saatı, mükafatlar) hesablanmasını təmin etmək və ödənilməsi üçün müvafiq struktur bölməyə yönləndirmək; - Əmək haqqı, dərəcələndirmə və bonus sistemlərinin qurulmasında iştirak etmək; - İşçilərin məzuniyyət haqlarını, kompensasiyaları, son haqq-hesablarını hesablamaq və vaxtında ödənilməsini təmin etmək; - Xəstəlik vərəqələri və ezamiyyətlər üzrə ödənişlərin hesablanmasını həyata keçirmək və vaxtında ödənilməsini təmin etmək. Təminatlar: - Nahar ilə təmin edilmə; - Əmək bazarına uyğun rəqabətli əmək haqqı; - 5 günlük iş qrafiki; - Servis xidməti. Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Əmək haqqı üzrə mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını[email protected]elektron poçt ünvanına göndərə bilərlər.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1125
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 257
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8132
Sumqayıt Dövlət Univ...