Müəssisə: AZƏRSUN HOLDINQ MMC
Tələblər:
Ali təhsil (İqtisadiyyat, maliyyə və muhasibatlıq və.s);
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi ;
Kompüter bacarıqları: Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
Dil bilikləri: Azərbaycan – əla; Rus dili və İngilis dili-arzu olunandır;
SAP-də işləməyi bacarmalı;
Məntiqi və analitik düşünmə qabiliyyəti olmalı;
Komandada işləmək bacarığı olmalı;
Vəzifə öhdəlikləri:
Şirkət əməkdaşlarının aylıq əmək haqqlarının hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi;
Son haqq-hesab ödənişlərinin hesablanaraq ödənilməsi;
Məzuniyyətlərin, xəstəlik vərəqələrinin, mükafat və s. ödənişlərin hesablanması və SAP proqramına daxil edilməsi;
Daxili və xarici ezamiyyət ödənişlərinin hesablanaraq ödənilməsi;
Əmək haqqı ilə bağlı digər əməliyyatların yerinə yetirilməsi;
Holdinq miqyasında əmək haqqı, iş vaxtının uçotu, təşkilati struktur, işçi say və maliyyə büdcələri ilə bağlı prosesləri işləyib hazırlamaq, idarə etmək və həyata keçirmək;
İşçiyə aid bütün növ əlavə ödəmə və kəsintilərin İR proseduruna və qanunvericiliyə uyğun işlənməsinə və İnsan Resurslarının İnformasiya Sisteminə düzgün daxil edilməsini təmin etmək;
Hesabatların verilməsi;
İş vaxtının norması:
5 günlük iş rejimi;
İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Əmək haqqı: Razılaşma yolu ilə;
Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri:
Bakı şəhəri.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində " Əmək haqqı və büdcə üzrə mütəxəssis" qeyd etməyiniz xahiş olunur
Azərsun Holdinq MMC
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb