Bazar ertəsi, 2 İyun, 2025

“Gatekeeping” (himayədar ailə) mexanizmi elektronlaşdırılır


  • Dərc edildi: 15 İyul, 2022 - 07:04
“Gatekeeping” (himayədar ailə) mexanizmi elektronlaşdırılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən uşaqların valideyn himayəsindən məhrum olmaması üçün dövlətin sosial sahədə həyata keçirdiyi köklü islahatların tərkib hissəsi olan “Gatekeeping” (himayədar ailə) mexanizmi elektronlaşdırılır. Himayədar ailə (himayədar valideyn) olmaq istəyən şəxslərin və himayədar ailəyə verilmiş uşaqların vahid uçotu e-sistem vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, himayədar ailə - ilk olaraq uşağın öz ailəsində qalması üçün sosial dəstəyin göstərilməsi, bu alınmayanda himayədar ailə mexanizminin işə düşməsi, bu da nəticə vermədikdə övladlığa verilməsi üçün tətbiq olunan bir mexanizmdir. Qeyd olunan sistem beynəlxalq təcrübədə işləkdir. Valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş hər bir uşaqla bağlı proseslərin uçotu elektron qaydada aparılır.

Altsistemin “e-sosial” internet portalında yaradılması nəzərdə tutulub. Yaxın zamanda “Gatekeeping” altsisteminin istifadəyə verilməsi planlaşdırılır.

__
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 21
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 95
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 142
Lisey və gimnaziyala...