Bazar ertəsi, 2 İyun, 2025

"Gələcəyin gənc karyera bələdçiləri" layihəsi


  • Dərc edildi: 20 Aprel, 2022 - 14:08
"Gələcəyin gənc karyera bələdçiləri" layihəsi

Gələcəyin gənc karyera bələdçilərini axtarırıq!
Azərbaycanın Astara, Lerik, Lənkəran, Yardımlı, Masallı bölgələrində yaşayan aktiv icma üzvlərini Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilən "Gələcəyin gənc karyera bələdçiləri" layihəsində iştirak etməyə dəvət edirik.
Əgər siz də yaşadığınız bölgədəki gənclərin peşə seçimi və karyera planlanması ilə bağlı yaşadıqları çətinliklərin fərqindəsinizsə, onlarla işləmək üçün güclü enerji və öyrənmək həvəsinə sahibsinizsə, biz, elə məhz Sizi axtarırıq!
1 ay davam edəcək layihə aşağıdakı mərhələlərdən ibarət olacaqdır:
"Karyera məsləhətçiləri" üçün təlim proqramı;
Təcrübə proqramı (öyrəndiklərinizi bölgədəki gənclərlə işləyərək tətbiq edəcəksiniz);
Mentorluq (Vebinarlar və rol modellərlə görüşlər);
Bağlanış görüşü.
Qeydiyyat üçün son tarix: 25 aprel
Qeyd edək ki, layihədə qeyd edilən bölgələr üzrə cəmi 25 nəfər şəxs iştirak haqqı qazanacaqdır.
QEYD: yalnız ilkin mərhələni uğurla tamamlayan şəxslər müsahibə mərhələsinə keçid ilə bağlı e-məktub əldə edəcəklər. (Əlaqə nömrəsi və e-poçt ünvanınızı doğru qeyd etdiyinizdən əmin olun).
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 13
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 76
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 140
Lisey və gimnaziyala...