Bazar ertəsi, 2 İyun, 2025

Gənc müəllimlərlə adaptasiya proqramının ikinci mərhələsinə start verilir


  • Dərc edildi: 2 Dekabr, 2021 - 07:28
Gənc müəllimlərlə adaptasiya proqramının ikinci mərhələsinə start verilir

Gənc müəllimlərlə adaptasiya proqramının ikinci mərhələsinə start verilir

Təhsil Nazirliyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən Gənc müəllimlərlə adaptasiya proqramının ikinci mərhələsinə start verilir.   Dekabrın 6-dan etibarən həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrində çalışan gənc müəllimlərlə adaptasiya proqramı başladılacaq.   Proqram çərçivəsində “Öyrədici mühitin yaradılması”, “Sinfin idarə olunması”, “Metodiki xidmətin təşkili”,“Məktəbdaxili qiymətləndirmənin aparılması”, “Şagirdlərin motivasiyasının artırılması”, “Lider müəllim necə olmalıdır?”,“Məktəb fəaliyyətinin təbliği”, “Təqdimat bacarığı və natiqlik”, “Müəllimin innovativ bacarıqları”, “Şagirdlərin inkişafı üçün əlverişli mühitin yaradılması” və s. mövzularda təlimlərin keçirilməsi nəzərdə tutulub. Adaptasiya proqramında iştirak etmək istəyən müəllimlər aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər:
"_blank" rel="noopener">https://forms.gle/N56Vknho88WHhsYr5   Qeyd edək ki, cari tədris ilinin əvvəlindən etibarən həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə yeni işə qəbul olan, pedaqoji stajı olmayan müəllimlərlə adaptasiya proqramı keçirilib. Proqramda 200-dən çox müəllim iştirak edib, “Yaxşı müəllim necə olmalıdır”, “Sinif komplektləşdirilməsi, əməkhaqqı və ona əlavələr, əmək məzuniyyəti”, “İlk dərs gününə hazırlıq”, "Valideynlərlə əməkdaşlıq üsulları",“Uğurlu şagird-valideyn-məktəb tandeminin qurulması” mövzularında təlimlər keçirilib. Media Tərəfdaşımız Edumap.az təhsil portalıdır.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 27
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 105
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 144
Lisey və gimnaziyala...