Cümə axşamı, 21 Avqust, 2025

GRAND MOTORS COMPANY TƏCRÜBƏ PROQRAMINI ELAN EDİR


  • Dərc edildi: 20 Avqust, 2025 - 13:57
GRAND MOTORS COMPANY TƏCRÜBƏ PROQRAMINI ELAN EDİR

Gələcəyinizi bu gündən qurun – Grand Motors Company ilə texniki sahədə peşəkar karyeraya ilk addımınızı atın!

GRAND MOTORS COMPANY TƏCRÜBƏ PROQRAMINI ELAN EDIR!

Gənc istedadların inkişafına dəstək olmaq məqsədi ilə yeni Təcrübə Proqramına start verilir!

Əgər texniki sahədə bilik və bacarıqlarınızı inkişaf etdirmək, real iş mühitində təcrübə qazanmaq və gələcəkdə peşəkar karyera qurmaq istəyirsinizsə – bu fürsət sizin üçündür!

 

 Təcrübə proqramı üzrə sahələr:

  • Mühərrikçi
  • Çilingər
  • Dəmirçi
  • Elektrik
  • Hidravlik
  • Tornaçı

 

Proqram haqqında ümumi məlumat:

  • Proqramın müddəti: 6 ay
  • Başlama tarixi: 15 sentyabr
  • Əmək müqaviləsi: Təcrübəçilərlə rəsmi əmək müqaviləsi bağlanacaq və minimum ödəniş təyin olunacaq
  • Əlavə imkanlar:
    • Şirkət tərəfindən nahar və servis xidməti
    • Daxili və xarici təlimlər
    • Karyera yüksəlişi perspektivi
    • Real korporativ mühitdə təcrübə
    • Xarici ölkələrə ezam olunma şansı

 

 İlkin seçim meyarları çox sadədir:

Texniki peşə ixtisası və ya ali texniki təhsiliniz varsa düşünmədən müraciət edin. Xarici dil biliyi əlavə üstünlük hesab olunacaq.

 

 Biz nə təklif edirik?

  • 6 aylıq peşəkar inkişaf proqramı
  • Praktiki bilik və real təcrübə
  • 6 aydan sonra karyerada yüksəliş imkanı
  • Böyük bir komandanın üzvü olmaq 
  • Proqramın sonunda 3 nəfər qalib Avropada “New Holland” zavodunu ziyarət etmək və istehsal prosesi ilə tanış olmaq şansını qazanacaqlar!

 

 Necə müraciət etməli?

Müraciət üçün CV və əlaqə məlumatlarınızı mövzu hissəsində "təcrübə proqramı" qeydi ilə 

[email protected] ünvanına göndərməniz xahiş olunur.

Yalnız seçilmiş namizədlərə növbəti mərhələlər barədə əlavə məlumat veriləcək.

 

 

 

 

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 215
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7134
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1855
Azərbaycan Texnologi...