Azərbaycan Respublikasında Honda, Mazda, Mitsubishi, Subaru, Ford, Toyota və Neta avtomobil markalarının rəsmi distribyutoru olan Group Motors şirkəti Satış Departamentində “Təcrübə Proqramı” elan edir.
Təcrübə proqramından əldə edəcəksiniz:
Real iş təcrübəsi və satış sahəsində biliklərin inkişafı;
Peşəkar və təcrübəli komandada işləmək imkanı;
Uğurlu iştirakçılara gələcəkdə iş təklifi;
Təcrübənin sonunda Sertifikat və Tövsiyə məktubu.
Təcrübə proqramı detalları:
Müddət: 6 ay;
Təlimlər: satış texnikası və avtomobil satışı ilə bağlı digər təlimlər;
Təcrübə sonunda imtahan: Uğurlu nəticələr əldə edənlər “Satış üzrə məsləhətçi” kimi işə qəbul edilə bilər;
Təcrübə proqramı şirkət tərəfindən ödənişlidir.
Tələb olunan bacarıqlar və biliklər:
Ali təhsil müəssisəsinin məzunu (İqtisadiyyat, Biznes, Marketinq və s.);
Satışa maraq və müştəri yönümlü düşüncə tərzi;
Yüksək ünsiyyət və təqdimat bacarıqları;
MS Office proqramlarında işləmə bacarığı;
Azərbaycan və Rus dillərində sərbəst danışıq (İngilis dili üstünlükdür);
Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
Fikrini izah etmə qabliyyəti və ünsiyyət yaratmaq bacarığı yüksək səviyyədə olmalıdır;
Stres altında işləmə qabiliyyəti və eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti yüksək səviyyədə olmalıdır;
Fəal və işə planlı yanaşma.
Xahiş edirik, Təcrübə proqramı ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə «Group Motors - Təcrübə proqramı» qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərsinlər.
Yalnız «Group Motors - Təcrübə proqramı» qeydi ilə göndərilən cv-lərə baxılacaq.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb