Bazar ertəsi, 28 İyul, 2025

Həkim (kardioloq) vakansiyası


  • Dərc edildi: 28 İyun, 2022 - 09:22
Həkim (kardioloq) vakansiyası

Vəzifə: Həkim (kardioloq) İş yeri: Mərdəkan qəsəbəsi İş təcrübəsi:Minumum 1 il iş təcrübəsi Təhsil: Ali tibb təhsili Yaş həddi: 27 - 50 yaş Vəzifə öhdəlikləri: -Qəbula gələn xəstələrin ilk öncə kardioloji müayinəsi aparmaq (EKQ); -Xəstələrin kardiolojikonsultasiyasını etmək; -Tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərmək; -Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasınını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etmək; -Mövcüd qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin və nəzarət etmək, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etmək və ya müstəqil surətdə aparmaq; -Stasionarda xəstəyə gündəlik baxış keçirmək. Pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik etmək və əlavə müayinə metodlarının zəruriliyini müəyyən etmək; -Müalicə-profilaktika müəssisəsinin başqa bölmələrinin həkimlərinə öz ixtisası üzrə məsləhət yardımı göstərmək; -Ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik etmək, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək etmək; -Diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət etmək; -Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin etmək; -Sanitar-maarifləndirmə işini aparmaq. Etik davranış qaydalarına riayət etmək; -Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra etmək; -Həkim (kardioloq) olaraq qəbul edilmiş xəstələrin kardioloji-revmatoloji müayinəsini aparmaq, müəyyən analizlərin əsasında xəstələrin müalicəsində korreksiyalar etmək, reabilitasiya zamanı kardioloji və revmatoloji xəstəliklərlə bağlı meydana gələ biləcək fəsadların qarşısını almaq; -Rəhbərlik tərəfindən verilən vəzifə öhdəliyinə aid digər tapşırıqları yerinə yetirmək. Əmək haqqı: 1000 AZN-dək Təminatlar: -İllik performans göstəricilərinə uyğun mükafat sistemi; -Kollektiv mükafat. İş qrafiki: 6 gün Müraciət qaydaları:[email protected]elektron poçt ünvanına mövzu hissədə vəzifə adınıyazaraq CV göndərməklə müraciət edilir.

_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 224
“İnnovativ məktəb” l...
Tələbələrin təqaüdü artırıldı - Sərəncam
24 İyul, 2025 - 15:07 822
Tələbələrin təqaüdü ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 661
Azərbaycan Texnologi...