Bazar ertəsi, 2 İyun, 2025

“Himayədar ailə” qayğı modelinin tətbiqi ilə əlaqədar sorğu davam edir


  • Dərc edildi: 29 İyul, 2021 - 13:56
“Himayədar ailə” qayğı modelinin tətbiqi ilə əlaqədar sorğu davam edir

“Himayədar ailə” qayğı modelinin tətbiqi ilə əlaqədar sorğu davam edir   Azərbaycanda valideyn himayəsindən məhrum uşaqlar üçün “Himayədar ailə” qayğı modelinin tətbiqi ilə əlaqədar sorğu keçirilir.   “Himayədar ailə” institutu beynəlxalq təcrübədə uşaq qayğı sisteminin ən geniş yayılmış növlərindən biridir. Bu model uşaqların dövlət müəssisələrində yaşamasının alternativ variantı kimi onların himayədar ailələrə verilməsini, ailə mühitində yaşamalarına şərait yaradılmasını nəzərdə tutur. Çünki təcrübə və araşdırmalar göstərir ki, ailə mühitində uşaqlara fərdi yanaşma tətbiq edilməklə, bu mühit ənənəvi uşaq müəssisələrindən fərqli olaraq onların inkişafına və cəmiyyətə inteqrasiya imkanlarına malik olmasına daha müsbət təsir göstərir.   Bu model həmçinin deinstitutlaşmada, yəni dövlət tərəfindən uşaqların ailələrə verilm�

�sində yeni mərhələ olmaqla, valideyn himayəsindən məhrum uşaqların uşaq müəssisələrinə düşməsinin qarşısının alınmasına, onların ailə mühitində böyüməsinə şərait yaradılmasına hədəflənib.   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırda “Himayədar ailə” qayğı modelinin tətbiqi istiqamətində institusional hazırlıq, qanunvericilik bazasının yaradılması işləri aparılır.   Nazirlik tərəfindən keçirilən onlayn sorğuda məqsəd də yeni modelin daha təkmil, müraciət edən vətəndaşların maraq və istəklərinə uyğun qurulması üçün ictimai rəyin öyrənilməsidir.   Hər kəs sorğuda iştirak edərək yeni “Himayədar ailə” qayğı modelinin tətbiqinə töhfə verə bilər. 1 sentyabr 2021-ci il tarixinədək keçiriləcək sorğuda iştirak üçün aşağıdakı linkə daxil olmaq lazımdır: https://forms.gle/LNzKHK4HF4M9kosB7

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 13
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 76
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 140
Lisey və gimnaziyala...