Bazar ertəsi, 21 İyul, 2025

“HTML və CSS” üzrə təlimlərə müraciətlər qəbul olunur


  • Dərc edildi: 2 İyun, 2021 - 12:59
“HTML və CSS” üzrə təlimlərə müraciətlər qəbul olunur

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “HTML və CSS” üzrə təlimlərə müraciətlər qəbul olunur. Təlim iştirakçıları veb saytların dizayn maketlərindən HTML səhifələrin hazırlanmasının əsas prinsiplərinə yiyələnəcəklər. Qeyd edək ki, veb-dizayner, veb saytların yaradılması və idarə edilməsi üzrə mütəxəssis və veb-proqramçı kimi bütün ixtisasların təməlində HTML və CSS durur. Təlim bu sahəni sıfırdan öyrənmək istəyənlər üçün nəzərdə tutulmuşdur Təlim üçün əsas meyarlar: - Minimum tam orta təhsil; - Riyazi hesablama bacarıqları, məntiqi və analitik düşünmə qabiliyyəti. Təlim müddəti: 108 saat (2.5 ay) Təlim Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək. İlkin mərhələdə seçilmiş namizədlər növbəti seçim mərhələsinə keçid üçün dəvət alacaqlar. Son olaraq seçilmiş namizədlər təlim haqqından azad ediləcəklər. Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcək. Müraciətləri 07 iyun, 2021-ci il tarixinədək aşağıdakı linkə keçid edərək göndərə bilərsiniz: https://forms.office.com/r/yjfJAWHgEL

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 3612
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 2029
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 195
Bu gündən tələbələri...