“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Hüquq Departamentində Təcrübəçi (Məhkəmə işləri üzrə) elan edir.
Bu proqram hüquq sahəsində biliklərini praktikada tətbiq etmək və real hüquqi işlərlə tanış olmaq istəyən namizədlər üçün nəzərdə tutulmuşdur.
Proqramın məqsədi təcrübəçilərin hüquq departamentinin gündəlik iş fəaliyyətinə dəstək göstərməsi və aşağıdakı işlərin operativ şəkildə icrasına töhfə verməsi gözlənilir:
Məhkəməyə verilmiş işlər üzrə sənədlərin hazırlanması (iddia ərizələri və s.)
Mövcud sənədlərin (məktublar, maliyyə arayışları, arxiv sənədləri) məhkəməyə göndərilməyə hazır vəziyyətə gətirilməsi (ardıcıllıq, folderləşmə və s.)
Sənədlərin skan olunaraq portala yüklənməsi üçün hazırlanması
Zərurət yarandıqda İcra işləri üzrə dəstək göstərilməsi
Tələblər
Namizədlər üçün tələblər:
Hüquq və ya oxşar ixtisaslar üzrə təhsil alan və ya yeni məzun olmuş (üstünlük verilir)
Yaxşı ünsiyyət bacarıqları, məsuliyyətli və öyrənməyə açıq olan
Microsoft Word proqramı istifadə bacarığı
Proqram iştirakçılarına təqdim olunur:
Hüquqşünaslar tərəfindən keçirilən təlimlər
Müvafiq sahə üzrə mentor dəstəyi
Təcrübə müddətinin sonunda rəsmi sertifikat
Real hüquqi sənədlərlə işləmək və praktik bilik əldə etmək imkanı
Əlavə məlumat:
İş yeri: Baş ofis (ofisdaxili)
Müddət: 2 ay
İş rejimi: Tam/yarım gün (detallı qrafik fərdi razılaşma əsasında müəyyən olunacaq)
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb