Xonça MMC "İnsan Resursları Biznes Tərəfdaşı" (istehsalat sahəsi üzrə) vakansiyası üzrə işə qəbul elan edir!
Tələblər:
- Ali təhsil; (Sosiologiya, Psixologiya, İnsan Resursları üzrə üstünlükdür)
- Müvafiq sahədə minumum 2 il iş təcrübəsi;
- Yüksək səviyyədə MS Office bilikləri;
- Dil bilikləri - ana dili səlist ( Rus, İngilis dili üstünlükdür);
- Problem həll etmə, analitik düşüncə, hesabatlılıq səriştəlikləri;
Vəzifə öhdəlikləri:
- Mövcud vakansiyaların təhlil edilməsi, elanların hazırlanması və yerləşdirilməsi;
- Strukturların ştat cədvəlinin şirkətdaxili qaydalara uyğun idarə edilməsini həyata keçirmək;
- İşəqəbul layihələrinin (Açıq Qapı günləri, Karyera sərgiləri) təşkilində iştirak edilməsi;
- Namizədlərlə ilkin müsahibələri təşkil etmək, namizədlərlə müvafiq sahələr üzrə test imtahanını keçirmək;
- Müsahibə nəticələri barədə namizədlərə lazımi məlumatlar vermək;
- İşdən çıxış üçün müraciət edən, həmçinin sınaq müddətini uğursuz başa vuran işçilərlə çıxış müsahibəsini aparmaq və müvafiq struktur bölmələrə məlumat verərək işçini işdən çıxış prosesinə yönləndirmək;
- İş analizinin aparılması və iş gücü planlaması;
- Ərazini ziyarət etmək, problemləri aşkarlamaq və aradan qaldırmaq üçün addımlar atmaq.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər "İnsan Resursları Biznes Tərəfdaşı" adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb