Müəssisə: AL MARKET MMC
Tələblər
Ali təhsil (iqtisadi, idarəetmə, hüquq və ya əlaqəli sahə üzrə)
Azərbaycan Respublikasının əmək qanunvericiliyini yüksək səviyyədə bilmək.
Əmək Müfəttişliyi ilə iş qaydaları və rəsmi yazışma prosedurlarını bilmək.
Rəsmi əməliyyatların koordinasiyası üzrə minimum 2-3 il iş təcrübəsi.
MS Office proqramlarında (Word, Excel, Outlook) sərbəst işləmə bacarığı.
Yüksək təşkilatçılıq və nəzarətetmə bacarığı.
Analitik düşünmə, dəqiqlik və məsuliyyətlilik.
Yazılı və şifahi ünsiyyət bacarığı.
Pərakəndə sahəsi üzrə iş təcrübəsi üstünlükdür.
Dövlət qurumları ilə yazışma və hesabat proseslərini idarəetmə təcrübəsi.
Vəzifə öhdəlikləri
Şirkətdə aparılan bütün rəsmi əməliyyatların (əmək müqavilələri, əmrlər, bildirişlər, hesabatlar) qanunvericiliyə uyğunluğuna nəzarət etmək.
Əmək Müfəttişliyi, Dövlət Məşğulluq Agentliyi, Dövlət Statistika Komitəsi və digər dövlət orqanları ilə yazışmaların hazırlanmasını əlaqələndirmək.
Kadr sənədlərinin vaxtında və düzgün hazırlanması üçün müvafiq şöbələr arasında informasiya axınını təmin etmək.
Rəsmi hesabatların (aylıq, rüblük, illik) vaxtında və düzgün şəkildə hazırlanmasını izləmək və təsdiqləmək.
Qanunvericilikdə baş verən dəyişiklikləri izləyərək aidiyyəti şöbələrə vaxtında məlumat vermək və tətbiqini təmin etmək.
Rəsmi əməliyyatlarla bağlı hüquqi və prosedur suallarında şöbə əməkdaşlarına dəstək vermək.
Audit və daxili yoxlamalar zamanı rəsmi əməliyyatlara aid sənədlərin düzgünlüyünü və tamlığını təmin etmək.
Rəhbərlik üçün rəsmi əməliyyatların icra vəziyyəti barədə mütəmadi olaraq məlumat vermək.
İş vaxtının norması:
5 günlük iş rejimi;
İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Əmək haqqı: Razılaşma yolu ilə;
Nahar şirkət tərəfindən təmin edilir;
İş yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “İnsan resursları üzrə baş mütəxəssis Al Market” qeyd etməyiniz xahiş olunur.