Komandamıza İnsan resursları üzrə təcrübəçi axtarırıq!
İş barədə məlumat:
- Yeni işə qəbul olunan əməkdaşların şəxsi işlərinin formalaşdırılması;
- Şəxsi işlərin qaydasında olmasına nəzarət;
- Şöbələr üzrə icra olunan kadr əmrlərin rəhbərlik tərəfindən imza və möhür olunmasının həyata keçirilməsi;
- İşçi sənədləşmələrinin hazırlanmasında və arxivləşdirilməsində dəstək;
- İşə qəbul prosesində iştirak (elanların yerləşdirilməsi, CV-lərin seçilməsi, müsahibələrin təşkili və s.)
İş şəraiti:
- İş qrafiki 10:00 - 18:00;
- 6 günlük iş rejimi;
- Nahar və yol xərci qarşılanır.
Təcrübə müddəti 2 aydır, bu müddəti uğurla başa vuran namizədlər işlə təmin olunacaq.
Tələblər:
- Ali təhsilli (iqtisadiyyat, menecment, insan resursları və s. ixtisası üzrə) yeni məzunlar;
- İnsan Resurslarına maraq və bu sahədə karyera qurmaq istəyi;
- Yaxşı ünsiyyət bacarığı və komanda ilə işləmə qabiliyyəti;
- MS Office proqramlarında işləmə bacarığı;
- Əmək məcəlləsi və qanunvericiliyin digər normativ qaydaları haqqında anlayış
Tələblərə cavab verən namizədlər məktubunuzun mövzu (subject) hissəsində vakansiyanın adını qeyd edib CV formanızı [email protected] ünvanına göndərməyinizi xahiş edirik.