AzəriMed" QSC-də İşə Qəbul üzrə Mütəxəssis (Rekruiter) vakansiyası
Tələblər:
•Təcrübə: İşə qəbul sahəsində 1-3 il iş təcrübəsi;
•Dil bilikləri: Azərbaycan dili mütləq, Rus dili arzuolunandır;
•Kompüter bilikləri: MS Office proqramlarından sərbəst istifadə bacarığı;
•Peşəkar ünsiyyət qurma bacarığı;
•Yüksək səviyyədə təqdimat bacarığı;
•İşgüzar yazışma əsaslarını bilməli;
•Aktiv və komandada işləmək bacarığı;
•Çox saylı tapşırıqları idarə edə bilən.
Vəzifə öhdəlikləri:
•Şirkətin CV bazasının yenilənməsi və genişləndirilməsi;
•Mövcud vakansiyaları təhlil etmək, elanları hazırlamaq və yerləşdirmək;
•Vakansiyalara uyğun namizədlərin seçilməsi, ilkin müsahibələrin təşkili və keçirilməsi;
•İşçi ehtiyaclarının araşdırılmasında və ehtiyat bazanın formalaşdırılması;
•İşə qəbul üzrə statistikanın və analitikanın təşkili;
•Əmək yarmarkalarının təşkili və koordinasiyası.
İş şəraiti:
İş qrafiki: Tam iş günü
Ünvan: Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 1/11
Əmək haqqı: 800-1000 AZN Gross-(başlanğıc olaraq nəzərdə tutulmuşdur, bilik və bacarıqlara uyğun olaraq təyin olunacaq)
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində "İşə Qəbul üzrə Mütəxəssis (Rekruiter)" qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb