Əməkdaşlarınızın icbari tibbi sığorta mövzusunda məlumatlılığını artırmaq istəyirsinizsə, təlimlərin təşkili üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edə bilərsiniz. Təlimlərdə aşağıdakı mövzularda məlumatlar təqdim olunur: ✅İcbari tibbi sığorta haqqında ümumi məlumat; ✅İcbari tibbi sığorta haqları; ✅Xidmətlər Zərfində yer alan tibbi xidmətlər; ✅Özəl tibb müəssisələrində sığorta çərçivəsində tibbi xidmətdən istifadə etməyin qaydaları; ✅Agentliyin müqaviləsi olan özəl tibb müəssisələrinin siyahısı; ✅İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilmə qaydası və s. 📌 Təlimlərlə bağlı müraciətlərinizi[email protected]ünvanına göndərə bilərsiniz. __________________________________________________________________________________________________________
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb