İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Şəki və Mingəçevir filialları üçün filial müdiri vəzifəsi üzrə vakansiya elan edir. Biz nə təklif edirik: ▪ Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü; ▪ Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması; ▪ Karyera irəliləyişlərində yaradılan şərait; ▪ Rəqabətədavamlı əmək haqqı. Görəcəyiniz işlər: ▪ Müvafiq xəstəxanalarda sığorta işinin təşkili sahəsində metodiki köməkliyin göstərilməsi; ▪ Vətəndaş müraciətlərinə baxılması və şikayətlərin yerində araşdırılması; ▪ Agentlik tərəfindən verilmiş səlahiyyət əsasında tibbi xidmətlərin keyfiyyətinin yoxlanılması məqsədilə monitorinqin aparılması; ▪ Xəstəxanalarla bağlanmış müqavilələrin icrasına nəzarətin həyata keçirilməsi və tələblərin təmin edilməsi barədə Agentliyə məlumatın təqdim edilməsi; ▪ Agentlik tərəfindən verilmiş səlahiyyət əsasında və müəyyən edilmiş qaydada tibbi ekspertiza işinin aparılmasının təmin edilməsi; ▪ Tibb müəssisələrində icbari tibbi sığorta ilə bağlı proseslərin avtomatlaşdırılmasına, habelə icbari tibbi sığorta sahəsinin İT infrastrukturunun təkmilləşdirilməsinə dəstək göstərmək; ▪ Heyətə effektiv rəhbərliyin təmin edilməsi; ▪ Filialın səmərəli işinin təmin edilməsi; ▪ Agentliyin İdarə Heyətinə filialın fəaliyyəti, çatışmazlıqlar və s. barədə mütəmadi hesabatın təmin edilməsi. Bizim üçün uyğun namizəd: ▪ Ali tibb təhsili; ▪ 5 ildən az olmayaraq ümumi əmək stajı (dövlət müəssisələrində ən az 2 il rəhbər vəzifəsində iş təcrübəsi); ▪ İdarəetmə, analitik, yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarıqları; ▪ Satınalma, təchizat, müqavilə proseslərindən xəbərdar olmaq; ▪ Ofis proqramları üzrə biliklər; ▪ İntizamlılıq və nəticəyönümlülük; ▪ Ünsiyyət və təşkilatçılıq bacarığı; ▪ Stressə qarşı davamlılıq; ▪ Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliyin olması üstünlükdür. Əlavə məlumatlar: ▪ İş qrafiki: 5 günlük iş həftəsi; ▪ İş vaxtı: 09:00 – 18:00. Müraciət qaydası: ▪ Vakansiyaya son müraciət tarixi: 21.07.2022-ci il; ▪ CV-lər[email protected]ünvanına göndərilməlidir;
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb