Cümə axşamı, 4 Sentyabr, 2025

IDEA-nın könüllüsü ol


  • Dərc edildi: 26 May, 2021 - 03:57
IDEA-nın könüllüsü ol

📣Könüllülük həmişə ətraf mühitin mühafizəsi üzrə qlobal hərəkatın aparıcı qüvvəsi olmuşdur. Digər sahələrdə olduğu kimi, ekoloji sahədə də könüllülüyün real potensialı göründüyündən dəfələrlə böyükdür. Könüllülər IDEA İctimai Birliyinin fəaliyyətində əvəzedilməz rol oynayır. İndiyə kimi könüllülərinin köməyi ilə ölkə ərazisində 5 milyondan çox ağac əkilmiş, saysız-hesabsız qanunsuz ağac kəsintisi cəhdinin qarşısı alınmış, yüzlərlə təmizlik aksiyaları və digər tədbirlər həyata keçirilmişdir. Uğurlu nəticələr məhz təşkilatı ilk gündən dəstəkləyən minlərlə gənc könüllülərin fəal iştirakı sayəsində əldə edilmişdir. Azərbaycanda güclü və geniş əhatəli və davamlı eko könüllülük formalaşdırmaq məqsədilə IDEA yeni könüllülərin cəlb edilməsi prosesinə başlayıb. Könüllü olmaq və müasir ekoloji problemlərin həllinə töhfə vermək istəyirsənsə ilkin olaraq aşağıdakı müraciət formasını doldurmağa başla. Qeydiyyat

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1119
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 257
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8124
Sumqayıt Dövlət Univ...