Çərşənbə, 23 İyul, 2025

II qruplar, bu görüşü qaçırmayın!


  • Dərc edildi: 28 İyun, 2022 - 11:42
II qruplar, bu görüşü qaçırmayın!

II qruplar, bu görüşü qaçırmayın! Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı, ixtisas.azvə "Bir Könüllü" təşkilatının birgə əməkdaşlığı ilə keçirilən "İxtisas bələdçisi"ndə II qrupa həsr olunmuş görüşün 2-ci hissəsi baş tutacaq. Spikerlərimiz və danışacaqları mövzular: Turac Məmmədova - "Sosiologiyada uğurlu başlanğıc" Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr və magistr dərəcəsini Konfliktologiya ixtisası üzrə tamamlamışdır. Bakı Mühəndislik Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsində mütəxəssis, Multikulturalizm fənni üzrə müəllim kimi fəaliyyət göstərmişdir, spikerimiz hazırda isə Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialında çalışır. Fərid Abbaszadə - "Qiymətli kağızlar bazarında iş imkanları" AMEA - İqtisadiyyat İnstitutunda Doktorant olaraq təhsilini davam etdirmiş Fərid bəy Bakı Fond Birjasında baş mütəxəssis vəzifəsində çalışır. Rövşən Mustafayev ‐ Logistikanın önəmi Beynəlxalq Ticarət və Logistika ixtisası üzrə Ondokuz Mayıs Universitetində oxumuş, indi isə OWL FORWARDING şirkətində Direktor olaraq fəaliyyət göstərir. Səbinə Siracova - Karyera məsləhətçisi Azərbaycan Dillər Universitetinin İngilis dili müəllimliyini bitirmiş Səbinə xanım Mərkəzi Karyera filialında Böyük mütəxəssis, Karyera məsləhətçisi və mentor olaraq işləyir. Görüşlər Zoom platforması üzərindən keçiriləcək. (Həmçinin canlı yayımların da (YouTube, Facebook) olması nəzərdə tutulmuşdur.) Tarix: 2 iyul, saat 19:00 Qeydiyyat linki:https://lnkd.in/eSCqBXRt Xəbəri II qrup üzrə hazırlaşan dostlarınızla da bölüşməyi unutmayın.

__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

SABAH qruplarının bakalavriat səviyyəsinə tələbə seçimi müsabiqəsi açıq elan olunur
22 İyul, 2025 - 11:20 150
SABAH qruplarının ba...
BSU regionlardan qəbul olan qızlara təqaüd verəcək
22 İyul, 2025 - 11:06 94
BSU regionlardan qəb...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 4309
Sumqayıt Dövlət Univ...