Cümə axşamı, 4 Sentyabr, 2025

“İncəsənət əsərlərinin istehsalı və satışı” mövzusunda vebinar keçiriləcək


  • Dərc edildi: 30 İyun, 2021 - 04:04
“İncəsənət əsərlərinin istehsalı və satışı” mövzusunda vebinar keçiriləcək

“Art Management” layihəsi çərçivəsində “İncəsənət əsərlərinin istehsalı və satışı” mövzusunda vebinar keçiriləcək. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 6 iyul 2021-ci il saat 20:00-da “Art Management” layihəsi çərçivəsində “İncəsənət əsərlərinin istehsalı və satışı” mövzusunda vebinar baş tutacaq. Layihə çərçivəsində baş tutacaq təlim kurator, sənətşünas Fərəh Ələkbərli tərəfindən keçiriləcək. Fərəh Ələkbərli Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Təsviri incəsənətin tarixi və nəzəriyyəsi” fakültəsinin magistratura dərəcəsini bitirdikdən sonra, müxtəlif illərdə “Baku Creative Centre” yaradıcılıq mərkəzi, Mədəniyyət Nazirliyinin layihələrinin kuratorluğunu edib. O, “YARAT”-ın “Dəniz və dağlar arasında”, “1001 gecə”, “Rahat keyimə”, “Nə hərb, nə sülh”, “Danışır Bakı”, “Dumanlar başımda dastana döndü” adlı qrup sərgilərinin və Zamir Süleymanovun “ALL_AND”, Əşrəf Muradın “Sevgi və etiraz”, Elturan Məmmədovun “Müvafiq tədbirlər”, Rəşad Ələkbərovun “Özünsən” və s. fərdi sərgilərinin kuratoru olmuşdur. “Zoom” tətbiqi vasitəsilə keçiriləcək silsilə treninqlərdə dinləyici qismində iştirak etmək istəyən şəxslərdən qeydiyyat üçün “Art Management” başlığını qeyd etməklə ([email protected]) elektron-poçt ünvanımıza müraciət etmələri xahiş olunur. Layihəni Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı (www.azgallery.az), “Facebook” və “İnstagram” sosial media hesabları vasitəsilə izləmək mümkündür.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1125
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 257
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8132
Sumqayıt Dövlət Univ...