Bazar, 8 İyun, 2025

“İnformasiya Təhlükəsizliyi üzrə Mütəxəssis” vakansiyası


  • Dərc edildi: 22 İyun, 2022 - 06:36
“İnformasiya Təhlükəsizliyi üzrə Mütəxəssis” vakansiyası

“İnformasiya Təhlükəsizliyi üzrə Mütəxəssis” vakansiyası elan edirik. Vəzifə funksiyaları: - İnsidentlərin aşkarlanması və analiz olunması; - İnformasiya resurslarına giriş hüquqlarının təmin edilməsinə və onların istifadəsinə nəzarət edilməsi; - Şirkətdə İT təhlükəsizliyinin standartlarının və prosedurlarının tədbiqedilməsində dəstək göstərilməsi; - İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, qeydiyyatı, təhlili və onların təhqiqatında tələblərin irəli sürülməsi və icrasında həll yollarının tərtib edilməsi; - Müxtəlif vasitələrdən daxil olan məlumatlara əsaslanaraq şübhəli halların araşdırılması; - Jurnal (log) faylların təhlili və kiber-insidentlərin qarşısının alınmasında fəal iştirak edilməsi; - Cari zəifliklər və təhdidlər haqqında, xüsusilə daxili sistemlərə birbaşa təsir edən amillər haqqında məlumatlı olmaq; - Məlumat təhlükəsizliyi risklərinin təhlil edilməsi; - Məlumat təhlükəsizliyi risklərinin idarə edilməsi üzrə müvafiq təkliflərin verilməsi; - Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi; Biliklər: - Azərbaycan dilini mükəmməl, Rus və İngilis (texniki) dillərini yaxşı səviyyədə bilmək; - Şəbəkə və sistem təhlükəsizliyi, şəbəkə topologiyaları üzrə biliklər; - SIEM və digər təhlükəsizlik sistemləri üzrə biliklər; - Linux/Windows ƏS üzrə biliklər; - Syslog, http jurnalları, DB jurnalları üzrə biliklər; - İnformasiya təhlükəsizliyi ilə bağlı prosedur qaydaları və siyasətlər barədə məlumatlı olmaq; - Təhlükəsizlik sertifikatlarının olması üstünlükdür; Xüsusi tələblər: - Ali təhsil; - İT əməliyyatları və ya kibertəhlükəsizlik üzrə 1-2 il iş təcrübəsi; Bacarıqlar: - Məsuliyyət; - Diqqət və dəqiqlik; - Nəticəyönümlülük; - Operativlik; - Komandada işləmək bacarığı, - Çalışqanlıq, öyrənmə bacarığı; - Vaxtını düzgün idarə edə bilmə bacarığı; - Təhlükəsizlik üzrə sənədləşmə işlərinin həyata keçirilməsi və hesabatların hazırlanması bacarığı İş şəraiti: - İş yeri: Alı Mustafayev 5A. (Memar Əcəmi m/s yaxınlığı) - İş rejimi: Həftə içi 5 gün 09:00 – 18:00; şənbə və bazar qeyri-iş günləridir. - Əmək Haqqı: Namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaqdır. Uyğun Namizədlər, “İnformasiya Təhlükəsizliyi üzrə Mütəxəssis” başlığı ilə CV-lərini[email protected]ünvanına göndərməklə müraciət edə bilərlər.

__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 132
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 303
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 85
Elm və təhsil naziri...