Bazar ertəsi, 2 İyun, 2025

“İnformasiya Texnologiyaları üzrə Texniki Dəstək Operatoru (IT Helpdesk)” istiqaməti üzrə təlimlərə başlanılır


  • Dərc edildi: 13 Avqust, 2021 - 12:53
“İnformasiya Texnologiyaları üzrə Texniki Dəstək Operatoru (IT Helpdesk)” istiqaməti üzrə təlimlərə başlanılır

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “İnformasiya Texnologiyaları üzrə Texniki Dəstək Operatoru (IT Helpdesk)” istiqaməti üzrə qısamüddətli təlimlərə müraciətlərin qəbuluna start verilib. Təlim Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək. Təlimə kompüterdən istifadənin əsasları üzrə bilikləri və əməliyyat sistemləri ilə tanışlığı olan (18 yaşdan yuxarı) orta ixtisas/peşə və ya ali təhsilli şəxslər müraciət edə bilərlər. Seçim mərhələlərini uğurla keçən şəxslər təlim ödənişindən azad ediləcəklər.

Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcək. Təlim iştirakçıları 2 ay müddətində həftədə üç dəfə (hər gün 3 saat olmaqla) keçiriləcək təlim zamanı kompüterdə yaranan texniki, proqram təminatı, əməliyyat sistemləri, şəbəkə ilə bağlı nasazlıqları təyin edib aradan qaldırmağı, eyni zamanda Microsoft Office proqramlarından yüksək səviyyədə istifadə etməyi öyrənəcəklər. Müraciətlər 20 avqust, 2021-ci il tarixinədək bukeçidüzərindən qəbul edilməkdədir. Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə həyata keçirilən digər qısamüddətli təlimlər barədə məlumatı Agentliyin sosial media səhifələrindən əldə edə bilərsiniz.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 13
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 76
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 140
Lisey və gimnaziyala...