Cümə, 6 İyun, 2025

İnşaat mühəndisliyi sahəsində maaşlı təcrübə proqramı


  • Dərc edildi: 17 Noyabr, 2021 - 07:41
İnşaat mühəndisliyi sahəsində maaşlı təcrübə proqramı

İnşaat şirkəti inşaat mühəndisiliyi sahəsində bakalavr dərəcəsini bitirərək diplom almış və inşaat mühəndisliyi sahəsində karyera qurmaq istəyən məzunları ÖDƏNİŞLİ TƏCRÜBƏ PROQRAMINA dəvət edir. Digər məlumatlarla bərabər, CV-də aşağıdakı məlumatlar da qeyd olunsun: ·ali məktəbə daxil olarkan topladığınız bal; ·diplom işinin mövzusu; ·inşaat mühəndisliyi sahəsində keçdiyiniz ixtisas fənnləri. Tələblər: ·İnşaat Mühəndisi diplomu (bakalavr dərəcəsi); ·Şifahi və yazılı Azərbaycan dilini mükəmməl bilməli; ·Kompüter bilikləri; MS Office-i (World, Excel) normal bilməli. MS Project AutoCAD, ArchiCAD proqramlarını bilmək əlavə üstünlükdür; Aşağıdakı NƏZƏRİ BİLİK, BACARIQ VƏ XÜSUSİYYƏTLƏR namizəd üçün ƏLAVƏ ÜSTÜNLÜKDÜR: ·Layihəçəkmə və planlaşdırma; ·Analitik və deduktiv düşüncə; ·Fiziki dözümlülük və akrofobiyanın (yüksəklik

qorxusu) olmaması; ·Məkan təsəvvürünə malik olma; ·Dəqiqlik və detallara diqqət yetirmək; ·Tikinti, təmir və quraşdırma işlərinin normaları, onların təhvil olunmasına dair texniki reqlamentlər, təhlükəsizlik qaydaları, habelə texniki şərtlər; ·Materialların xüsusiyyətləri və keyfiyyətlərinə dair nəzəri biliklər; ·Tikinti sahəsində qabaqçıl təcrübə, müasir metodlar və alətlərdən istifadə, habelə tikintidə istifadə olunan materialların keyfiyyətinə riayət olunmasına nəzarət. Maraqlanan məzunlar CV-lərini[email protected]e-ünvanına göndərə bilərlər. E-ünvanın mövzu hissəsində “TƏCRÜBƏÇİ İNŞAAT MÜHƏNDİSİ” qeyd etməyiniz xahiş olunur. Təcrübə proqramının qalibləri müsabiqə vasitəsi ilə seçiləcəklər. Qeyd: Yalnız tələblərə cavab verən namizədlər müsabiqəyə dəvət olunacaqlar.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 75
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 268
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 75
Elm və təhsil naziri...