Cümə, 6 İyun, 2025

İnzibati işlər və insan resursları şöbəsinin aparıcı mütəxəssisi vakansiyası


  • Dərc edildi: 21 İyun, 2021 - 10:49
İnzibati işlər və insan resursları şöbəsinin aparıcı mütəxəssisi vakansiyası

İŞİN TƏSVİRİ: Balansda olan əsas vəsaitlərin, mal-material ehtiyatlarının faktla müqayisəsini (invertarizasiya) həyata keçirmək, uyğunsuzluqları aşkar etmək, vaxtı ötmüş, istifadəyə yararsız vəsaitlərin müəyyən olunmasında iştirak etmək; Balansda olan nəqliyyat vasitələrinin istismarı, təmiri və qorunması ilə bağlı tədbirləri həyata keçirmək; Nəqliyyat vasitələrinin aylıq norma üzrə yanacaqla təminatını elektron qaydada əldə etmək və aktlaşdırılmasını həyata keçirmək; Alınmış mal-material ehtiyatlarını, əsas vəsaitləri qaimə-faktura əsasında mədaxil etmək və uçotunu aparmaq; Qiymət araşdırılması və tenderlərin həyata keçirilməsi işini təşkil etmək; Təşkilatın otaqlarına mütəmadi baxış keçirmək, təmizliyə riayət olunması və vaxtında təmir işlərinin aparılması üçün tədbirlər görmək; Tələbata uyğun alınmış malları işçilərə paylamaq və onların uçotunu aparmaq; Mülki müda

fiə ilə bağlı işlərin həyata keçirilməsində iştirak etmək; Yanğın təhlükəsizliyinin təmin edilməsiilə bağlı işləri təşkil etməkvə icrasına nəzarət etmək; NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: İqtisadiyyat və ya idarəetmə üzrə ali təhsil; Bu sahədə azı 3 il staji olan; İnventarizasiya, yeni maddi vəsaitlərin balansa qəbulu və silinməsi qaydaları barədə məlumatlı olmaq; Fövqəladə vəziyyətin idarə olunması sahəsində biliklər; Dövlət satınalmaları üzrə prosedurlar barədə məlumatlı olmaq; Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək); Kompüter bilikləri, MS Office proqramları (xüsusən də Excel proqramı üzrə), 1C proqramında işləmək bacarığı; Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində “İnzibati işlər və insan resursları şöbəsinin aparıcı mütəxəssisi” qeyd etməklə [email protected] e-poçt ünvanına göndərə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 105
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 285
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 81
Elm və təhsil naziri...