Bazar ertəsi, 21 İyul, 2025

İşə qəbul üzrə mütəxəssis (Recruiter) vakansiyası


  • Dərc edildi: 22 İyun, 2021 - 07:52
İşə qəbul üzrə mütəxəssis (Recruiter) vakansiyası

İşə qəbul üzrə mütəxəssis (Recruiter) İŞ BARƏDƏ MƏLUMAT: • İşə qəbul sisteminin yaradılması, o cümlədən işçi say normalarının təyini, vəzifələr üzrə meyarların hazırlanması, seçim mərhələləri ilə bağlı işlərin təşkili, testləşdirmə, müvafiq müsahibə komissiyaların formalaşdırılması, ehtiyac olduqda müsabiqə komissiyalarının formalaşdırılmasında iştirak etmək; • İşçi tələbnamələrinə uyğun olaraq iş elanlarının yerləşdirilməsi; • Vakant ştat vahidləri üçün işçi axtarılması, işçi bazasının formalaşdırılması, seçilmiş kadrları yerləşdirmək; • Əmək bazarını araşdırmaq, işəgötürənin əmək bazarında prestijinin artırılması üçün tədbirlər təşkil etmək; • Kadr məsələlərini həll etmək üçün təhsil müəssisələri və məşğulluq idarələri (özəl, dövlət) ilə birbaşa əlaqələrin formalaşdırmaq, əmək yarmarkalarının təşkili və ya belə yarmarkalarda iştirak etmək; • Şirkətin CV bazasının yenilənməsi və genişləndirilməsi; • Uğurlu namizədlər haqqında əvvəlki və ya indiki işə götürənlərindən rəylərin alınması; • Vəzifədən irəli gələn inzibati öhdəliklər – iş təkliflərinin hazırlanması, tələb olunan sənədlərin qəbulu və s.; • İşçi işə başlayarkən görülən işlərin koordinasiyası; • İşə qəbul prosesinə aid mövcud qanunvericilik biliklərinin daim təkmilləşdirilməsi; • İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması; • İşçilər barədə hesabatların tərtib edilməsi, işçi axıcılığı və səbəblərini müəyyənləşdirmək, axıcılığın aradan qaldırılması üçün tədbirlər hazırlamaq və həyata keçirtmək; • İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi; • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlər; NAMİZƏDƏ TƏLƏBLƏR: • Təhsil: Ali (bakalavr) • İş təcrübəsi: 2 il • AR-nın Əmək Məcəlləsinin işə qəbul sahəsinə aid maddələri haqqında məlumatlı olmaq; • Dil bilikləri: Azərbaycan dili, Rus dili - səlis, İngilis - arzuolunandır; • Kompüter bacarıqları: MS Office proqramları; • Komandada işləmək bacarığı; • İşi planlaşdırma və təşkil etmə bacarığı; • Liderlik bacarığı; • İdarəetmə və kommunikasiya bacarığı; • Vaxt idarəetmə bacarığı; • Stressə davamlılıq bacarığı; • Müsahibə bacarığı; • Tədqiqatçılıq bacarığı; • Ünsiyyət bacarığı; • Yaş 22-35 Əlavə məlumat • Nahar şirkət tərəfindən təmin olunur; • İş saatı: həftənin I-VI günləri • Əmək haqqı 700-800 CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək - [email protected] ünvanına göndərin.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 3883
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 2230
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 203
Bu gündən tələbələri...