Şənbə, 7 İyun, 2025

İşsiz və işaxtaran şəxslərin nəzərinə!


  • Dərc edildi: 1 İyul, 2022 - 15:46
İşsiz və işaxtaran şəxslərin nəzərinə!

İşsiz və işaxtaran şəxslərin nəzərinə! Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə Şəki-Zaqatala Regional Məşğulluq filialında “Açıq qapı” günü keçiriləcək. "Birləşmiş Xidmətlər Mərkəzi” MMC-də qeyd olunan vakansiyalar üzrə işə qəbul olunmaq istəyən şəxslər göstərilən tarixdə müvafiq filiala yaxınlaşa bilərlər. Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır. Əgər CV-niz yoxdursa, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat platformasından (www.cvyarat.az) yararlana bilərsiniz. Bu platformada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarınızı əlavə edib, qısa müddətdə öz CV-nizi PDF formatında əldə etmək mümkündür. Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat “Açıq qapı”da iştirak edən şəxslərə təqdim olunacaqdır. Açıq qapı günü keçiriləcək ünvan və tarix: Şəki şəhəri, M.F.Axundov pr 56a (Şəki-Zaqatala Regional Məşğulluq filialının inzibati binası) 05 iyul, 2022 10:00-13:00

__
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 113
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 287
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 82
Elm və təhsil naziri...