Bazar ertəsi, 21 İyul, 2025

İyunun 17-dən ölkə üzrə bəzi lisey və gimnaziyalara qəbul imtahanlarına start verilib


  • Dərc edildi: 17 İyun, 2022 - 07:51
İyunun 17-dən ölkə üzrə bəzi lisey və gimnaziyalara qəbul imtahanlarına start verilib

İyunun 17-dən ölkə üzrə bəzi lisey və gimnaziyalara qəbul imtahanlarına start verilib. İmtahanlar 18, 19 və 20 iyun tarixlərində davam edəcək. Qəbul imtahanlarında 20 minə yaxın şagirdin iştirakı gözlənilir. IV-VIII sinif şagirdləri arasında keçirilən imtahanlar Bakı şəhəri ilə yanaşı, Gəncə, Şirvan və Şəki şəhərləri, Quba, Şəmkir, Oğuz, Biləsuvar, Şamaxı, Ağdaş və Ağstafa rayonlarında da təşkil olunur. İmtahan zamanı şagirdlər Azərbaycan dili və riyaziyyat fənləri ilə yanaşı, məntiqi təfəkkürün yoxlanılması üçün qapalı test tapşırıqlarını cavablandıracaqlar. Yuxarı sinif şagirdlərinə isə əlavə olaraq fizika və kimya fənləri üzrə tapşırıqlar təqdim olunacaq. Şagirdlər imtahan nəticələrini 24 iyun tarixindən etibarən qeydiyyatdan keçdikləri şəxsi kabinetləri vasitəsilə öyrənə biləcəklər. Qeyd edək ki, artıq 2-ciildir ki, lisey və gimnaziyalara qəbul mərkəzləşdirilmiş imtahan sistemi vasitəsilə həyata keçirilir. Mərkəzləşdirilmiş qəbul prosesi zamanı şagirdlərəimtahan nəticələrinə, yəni toplanılan bala uyğun olaraq, müvafiq lisey və gimnaziya seçimi etməkimkanı yaradılacaq. Yeni mexanizmə əsasən, şagirdlər 3təhsil müəssisəsinə qəbul üçün sorğu göndərə biləcək.

_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 3634
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 2052
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 195
Bu gündən tələbələri...