Çərşənbə axşamı, 26 Avqust, 2025

Junior 1C Developer vakansiyası


  • Dərc edildi: 11 Avqust, 2025 - 20:57
Junior 1C Developer vakansiyası

“AzTelco Group” MMC üçün " Junior 1C Developer" axtarışındayıq!

 

·       İş yeri: Çinar Plaza, Bakı, Azərbaycan;

·       İş rejimi: Tam ştat;

·       İş qrafiki: Həftənin 5 günü, saat 09:00 – 18:00.

 

Vəzifə Öhdəlikləri:

Mövcud 1C sistemlərinin texniki dəstəyi və funksional təkmilləşdirilməsi;

Yeni modulların layihələndirilməsi, hazırlanması və tətbiqi;

İstifadəçi tələblərinə əsasən texniki tapşırıqların hazırlanması və icrası;

Müxtəlif departamentlərlə sıx əməkdaşlıq və ehtiyacların təhlili;

1C sistemlərinin digər proqram təminatları ilə inteqrasiyası (CRM sistemləri, bank sistemləri, veb xidmətlər və s.);

Məlumatların miqrasiyası və sistemlərin yenilənməsi proseslərində texniki dəstəyin göstərilməsi;

Texniki sənədlərin və sistem üzrə dokumentasiyanın hazırlanması və aktual saxlanılması.

 

Tələb Olunan Bilik və Bacarıqlar:

İnformasiya Texnologiyaları, Riyaziyyat, İqtisadiyyat və ya əlaqədar sahə üzrə ali təhsil;

1C:Enterprise 8.3 platformasında minimum 1-2 il iş təcrübəsi;

Mühasibatlıq, anbar, ticarət, əməkhaqqı kimi modullar (УПП, ERP, Бухгалтерия, ЗУП və s.) üzrə dərin bilik və təcrübə;

1C konfiqurasiyalarının modifikasiyası və yenidən yazılması bacarığı;

Məlumat bazalarının strukturu haqqında anlayış və SQL sorğuları ilə işləmə bacarığı (MSSQL, PostgreSQL və s.);

İstifadəçi tələblərinin toplanması, texniki tapşırıqların hazırlanması və tətbiqi bacarığı;

REST və SOAP API-lərlə inteqrasiya sahəsində təcrübə;

Komanda ilə işləmə bacarığı.

Git və digər versiya nəzarət sistemləri ilə işləmə bacarığı;

Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı, rus və texniki ingilis dili bilikləri üstünlük sayılır;

Müvafiq sahədə sertifikatların mövcudluğu (“1С:Профессионал”, “1С:Специалист” və s.) üstünlükdür.

 

Biz sənə nə təklif edirik?

·      İnnovativ və dəstəkləyici iş mühiti;

·      Gənc və enerjili komanda ilə işləmək fürsəti;

·      Öz ideyalarını reallaşdırmaq və dəyər qatmaq imkanı;

·      Şirkət tərəfindən təmin olunan nahar;

·      Könüllü tibbi sığorta;

·     Korporativ nömrə.

 

 Necə müraciət etməli?

Maraqlanan namizədlər CV-lərini “Junior 1C Developer” mövzusu ilə [email protected] e-mail ünvanına göndərə bilərlər.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 569
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 104
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7432
Sumqayıt Dövlət Univ...