Cümə, 18 İyul, 2025

Junior Product Manager vakansiyası


  • Dərc edildi: 22 May, 2025 - 01:11
Junior Product Manager vakansiyası

Junior Product Manager vakansiyası

 

SAFAROFF CA komandamızı genişləndirir və özəl sifariş layihələri üzərində işləmək üçün təcrübəli Product Manager axtarırıq. Əgər siz layihələrin idarə olunması, tapşırıqların koordinasiyası və CTO ilə sıx əməkdaşlıq üzrə məsuliyyət daşımağa hazırsınızsa — sizi komandamızda görməkdən məmnun olarıq!

 

Namizədin gözlənilən tələbləri:

• Məhsul idarəetməsi sahəsində minimum 1 il təcrübə, xüsusən də rəqəmsal məhsulların inkişafı sahəsində.

• Sifariş layihələri ilə iş təcrübəsi.

• Layihə idarəetmə metodologiyaları (Scrum, Kanban) haqqında biliklər.

• Yüksək kommunikasiya bacarıqları və funksional komandalarla işləmə təcrübəsi.

• Texniki savad və proqram təminatının inkişafı prosesləri haqqında anlayış.

• İngilis dili B2 səviyyəsində və ya daha yüksək (tövsiyə olunur).

 

Vəzifələriniz:

• Layihədə tapşırıqların yerinə yetirilməsinə nəzarət etmək.

• Prosesləri idarə etmək və komandanın işini koordinasiya etmək.

• CTO ilə davamlı əməkdaşlıq edərək layihələrin effektiv icrasını təmin etmək.

• Keyfiyyətin və müddətlərin qorunmasını təmin etmək.

 

Biz nə təklif edirik:

• Maraqlı və müxtəlif layihələr.

• Peşəkar və dostyana komandada işləmə imkanı.

• İnkişaf və irəliləyiş üçün fürsətlər.

 

Komandamızın bir hissəsi olmaq istəyirsinizsə, CV-nizi “Junior Product Manager”  başlığı ilə [email protected] ünvanına göndərin və ya mənə şəxsi mesaj yazın!

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 83
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 154
Bu gündən tələbələri...
Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayır
14 İyul, 2025 - 21:50 452
Bağçada tərbiyəçi-mü...