Çərşənbə axşamı, 22 İyul, 2025

Karyera məsləhətçisi vakansiyası


  • Dərc edildi: 9 İyun, 2021 - 10:58
Karyera məsləhətçisi vakansiyası

“Alo Karyera” dəstək xidməti (ətraflı: https://www.dma.gov.az/layiheler/alo-karyera)
komandamıza yeni karyera məsləhətçiləri axtarırıq. Müsahibə mərhələsindən keçən namizədlər sahə ilə bağlı intensiv təlim prosesinə cəlb olunacaqlar. Bu prosesi uğurla tamamlayan namizədlər işlə təmin olunacaqdır.
Öhdəliklər:
- gələn sorğulara cavab vermək (zənglər və online görüşlər);
- müvafiq karyerayönümlü sənədləri (rezüme, istək məktubu) hazırlamaqda dəstək olmaq.
Gözləntilər:
- karyera məsləhətçiliyi sahəsinə ciddi maraq və həvəs;
- güclü ünsiyyət bacarığı;
- araşdırma qabiliyyəti (bilmədiyi sualın cavabını özü tapmağı bacarmalıdır);
- məsuliyyətlilik, çalışqanlıq və öyrənməyə həvəs (axtardığımız şəxsin çox təcrübəli olmasını gözləmirik (olsa nə gözəl), öyrədəcəyik. Ona görə də öyrənmək üçün bu xüsusiyyətlər şərtdir);
- xarici dil biliyi, rus və ya ingilis (bu sahədə məlumatlar bizim dildə çox deyil, ona görə də özünüinkişaf üçün həmin şəxslərin xarici dil biliyi vacibdir);
- əgər kiminsə sahə üzrə (karyera inkişafı) təcrübəsi varsa bu üstünlükdür.
Vakansiya tam iş qrafiklidir (full time), tələbələr üçün uyğun deyil.
Maraqlananlar öz rezüme (CV) və istək məktublarını (istək məktubu göndərənlərə böyük üstünlük veriləcək) [email protected] ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix 18 iyun 2021-ci il

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 4001
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 2332
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 206
Bu gündən tələbələri...