Bazar ertəsi, 2 İyun, 2025

Kekalove Adaptive-dən Əlilliyi olan şəxslər üçün Modellik Proqramı


  • Dərc edildi: 23 May, 2022 - 03:35
Kekalove Adaptive-dən Əlilliyi olan şəxslər üçün Modellik Proqramı

Kekalove Adaptive-dən Əlilliyi olan şəxslər üçün Modellik Proqramı - 3-cü Kekalove Adaptive Moda Şousunda model olmaq şansı qazan! Özünü kamera qarşısında görən, yeniliklərə açıq olan və sosial mühitdə təcrübə qazanmaq istəyən əlilliyi olan şəxslər axtarılır. Tələblər: -Modelliyə maraq, kamera qarşısında rahat olmaq, -Modellik Akademiyasında və Moda Şousunda iştirak etmək üçün vaxtı olmaq. -Yaş həddi yoxdur. Ümumi 20 modelin iştirakı nəzərdə tutulub. Hər bir modelin öz ölçüsünə uyğun 1 adaptiv geyim hazırlanacaq. Modellik Akademiyasında və şouda tam iştirak etməkdən əlavə heç bir digər şərt yoxdur. Sonda geyimlər modellərə hədiyyə olunacaq. Biz nə təklif edirik: -Görüşlərə nəqliyyat xərcini qarşılanır, -İştirakçılar üçün qida təmin olunur, -Peşəkar fotosessiyalar keçirilir, -Modellik karyerasının inkişafı üçün dəstək verilir, -Layihə yekunlaşdıqdan sonra sertifikat və tövsiyyə məktubu ilə təmin olunur, -Modellərə kiçik ödəniş ediləcək. Kekalove Adaptive Moda Şousu İsveçrənin Azərbaycandakı Səfirliyinin dəstəyi ilə həyata keçirilir. Suallar yaranarsa: +994 55 984 6210 - Məhəmməd, +994 70 517 45 26 - Firuzə (yalnız WhatsApp) Qeydiyyat üçün:https://forms.gle/o7JgDeVRhCVx9M4n9

_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 19
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 86
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 141
Lisey və gimnaziyala...