Çərşənbə, 4 İyun, 2025

Korporativ hüquq şöbəsində Aparıcı / Baş hüquq məsləhətçisi vakansiyası


  • Dərc edildi: 8 Aprel, 2022 - 08:28
Korporativ hüquq şöbəsində Aparıcı / Baş hüquq məsləhətçisi vakansiyası

“Rabitəbank” ASC Hüquq departamenti, Korporativ hüquq şöbəsinin Aparıcı / Baş hüquq məsləhətçisi vakansiyası üzrə işə qəbul elan edir. Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır. Vəzifə öhdəlikləri:

  • Bank fəaliyyətinin hüquqi təminatı ilə bağlı yaranan məsələlər üzrə hüquqi rəy vermək;
  • Bankın struktur bölmələrinə, filial və şöbələrinə hüquqi yardım göstərmək və Banka daxil olan hüquqi sorğuların cavablandırması;
  • Sənədlərin hüquqi ekspertizasının keçirilməsi və onların qüvvədə olan qanunvericiliyə uyğun olmasının yoxlanılması;
  • Hüquq-mühafizə, məhkəmə, vergi orqanları, tərəfdaşlar və digər təşkilatlarla hüquqi müstəvidə ortaya çıxan məsələlərin həllində bankın adından çıxış etmək;
  • Danışıqlar yolu ilə həll olunmayan mübahisələrinin məhkəmə yolu ilə həll olunması üçün qanuvericiliyə müvafiq olaraq, lazımi sənədləşməni aparmaq və bankı məhkəmələrdə təmsil etmək.
  Namizədə olan tələblər:
  • Ali hüquqi təhsil (magistraturanı bitirən şəxslərə üstünlük verilir);
  • Korporativ hüquq sahəsində iş stajı azı 2 il;
  • Mülki, əmək, bank qanunvericiliyi və bank fəaliyyətinə nəzarəti həyata keçirən orqanların normativ xarakterli aktlarını bilmək;
  • Yüksək yazılı və şifahi ünsiyyətqurma qabiliyəti;
  • Fikrin strukturlaşdırılmış şəkildə izah edilməsi bacarığı;
  • Əla səviyyədə Azərbaycan dili biliyi, İngilis və Rus dili biliyi üstünlük təşkil edir.
  Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərinicareer@rabitabank.comelektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsindəAparıcı /Başhüquqməsləhətçisigöstərməyiniz xahiş olunur. Əlaqə vasitələri: E-mail:[email protected] Telefon: (012) 598 44 88,Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 218
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 57
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 157
Lisey və gimnaziyala...