Bazar, 27 İyul, 2025

Korporativ idarəetmə və metodologiya şöbəsində Mütəxəssis/Aparıcı mütəxəssis vəzifələri üzrə vakansiya


  • Dərc edildi: 24 Yanvar, 2022 - 08:30
Korporativ idarəetmə və metodologiya şöbəsində Mütəxəssis/Aparıcı mütəxəssis vəzifələri üzrə vakansiya

ABB Korporativ idarəetmə və metodologiya şöbəsinə Mütəxəssis/Aparıcı mütəxəssis vəzifələrinə vakansiya elan edir. Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. Görəcəyiniz işlər:

  • Bankın fəaliyyətini tənzimləyən daxili normativ sənədləri aidiyyəti struktur bölmələrlə birgə hazırlamaq, yeniləmək və onların təkmilləşdirməsi işində iştirak etmək;
  • Bankdaxili normativ sənədlərin reyestrini təşkil etmək və aparmaq;
  • İcraatında olan normativ sənədlərin icra statusu ilə bağlı dövri hesabatlar hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
  • Reqlamentləşdirilən biznes proseslərin optimallaşdırılması ilə bağlı təkliflər vermək.
Bizim üçün uyğun namizəd:
  • Ali təhsilə(iqtisadi/hüquqi istiqamətlərdə);
  • Maliyyə/iqtisadiyyat/hüquq sahələrində ən azı 6 (ay) iş təcrübəsinə;
  • Bank fəaliyyətini tənzimləyən qanunvericilik bazası və maliyyə bazarlarına nəzarət orqanının normativ aktları ilə tanış olan;
  • Fikirlərin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi bacarığına malik;
  • MS Office (əsasən MS Word və MS PowerPoint) proqramlarında sərbəst işləmək bacarığına sahib olan şəxsdir.
  Əgər axtardığımız namizəd sizsinizsə careers.abb-bank.az portalında qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
____________________________________________________________________________________________________________________

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 202
“İnnovativ məktəb” l...
Tələbələrin təqaüdü artırıldı - Sərəncam
24 İyul, 2025 - 15:07 797
Tələbələrin təqaüdü ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 587
Azərbaycan Texnologi...