İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
Ali təhsil;
Bank sektorunda müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
Bank qanunvericiliyi bilikləri;
Azərbaycan dilində sərbəst danışıq bacarığı;
Analitik təhlil, ünsiyyət və komandada işləmək bacarığı;
MS Office proqramlarında (MS Excel, MS Word) işləmək bacarığı;
Məsuliyyətlilik və dəqiqlik.
İŞİN TƏSVİRİ:
Korporativ, KOS (SME) və Mikro kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə çıxarılmasını təmin etmək;
Kredit sifarişləri üzrə müştəri analizinin aparılması məqsədi ilə birbaşa biznes sahəsinə baxış keçirilməsi və yerində məlumatların əldə edilməsi;
Bankdaxili qayda və prasedurlara uyğun olaraq müştərilərə yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək;
Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni satış metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək;
Məhsullar, xidmətlər, onların şərtləri və tarifləri, satış standartları ilə bağlı əmr, qərar, sərəncam, məktub və digər normativ, habelə tövsiyyə xarakterli məlumatlarla işləmək və bankın kredit məhsullarının satışıında birbaşa iştirak etmək;
Məhsul və xidmətlərin satışı üzrə hədəflərə nail olmaq məqsədilə əlaqədar struktur bölmələrlə birlikdə müvafiq tədbirlər planının həyata keçirilməsində aktiv iştirak etmək;
Dövrü hesabatların hazırlanması və təhlili;
Mövcud və yeni yaradılmış bank məhsulları barədə müxtəlif kommunikasiya kanalları vasitəsilə potensial müştərilərə məlumatın çatdırılmasında iştirak etmək;
Ümumi Bank üzrə formalaşmış kredit portfelinin cari vəziyyətinə nəzarət olunmasında birbaşa iştirak etmək;
Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə mütəxəssis/aparıcı/baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.