Şənbə, 19 İyul, 2025

Korporativ satış şöbəsinin rəhbəri vakansiyası


  • Dərc edildi: 11 İyun, 2025 - 17:02
Korporativ satış şöbəsinin rəhbəri vakansiyası

Böyüyən və inkişaf edən komandamızın üzvü ol!

Vəzifə: Korporativ satış şöbəsinin rəhbəri

 

Namizədə dair gözləntilər və xüsusi tələblər:

Ali təhsil (iqtisadiyyat, biznes, maliyyə və ya əlaqəli sahə üzrə);

Korporativ satış sahəsində minimum 3 il iş təcrübəsi;

MS Office proqramlarında sərbəst işləmək bacarığı;

Azərbaycan dili səlis, rus və ingilis dili bilikləri üstünlükdür;

Korporativ müştəri ehtiyaclarını təhlil etmək və uyğun məhsulu təklif etmək bacarığı;

Bazar araşdırması və potensial müştəri axtarışı metodlarını bilmək;

Satış texnikaları və effektiv danışıqlar aparmaq bacarığı;

Müqavilə şərtlərinin hazırlanması və peşəkar təqdimatının həyata keçirilməsi;

Yüksək kommunikasiya, təqdimat və nəticə yönümlü iş bacarığı;

Müştəri yönümlü düşüncə və komandada işləmək bacarığı;

Müştəri münasibətlərinin idarə olunması üzrə biliklər (CRM əsasları).

 

Vəzifə öhdəlikləri:

Yeni korporativ müştəri bazasının qurulması və mövcud portfelin inkişaf etdirilməsi;

Korporativ müştərilərə sığorta məhsullarının təqdimatı və satışı;

Müştəri ehtiyaclarının təhlili və uyğun sığorta həllərinin hazırlanması;

Sığorta müqavilələrinin bağlanması və satış sonrası dəstəyin təmin olunması;

Satış hədəflərinin yerinə yetirilməsi və nəticələrin mütəmadi hesabatlaşdırılması;

Bazar trendlərinin izlənilməsi və satış imkanlarının artırılması üzrə təkliflərin hazırlanması;

Şirkətin satış və marketinq tədbirlərində aktiv iştirak;

Komandanın idarə olunması və satış proseslərinə rəhbərlik edilməsi;

Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.

Əlavə məlumat:

İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);

İş yeri: Bakı şəhəri;

İmtiyazlar: Könüllü tibbi sığorta; 

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

 Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Korporativ satış şöbəsinin rəhbəri) qeyd edərək, [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 2703
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 1287
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 177
Bu gündən tələbələri...