Çərşənbə, 6 Avqust, 2025

Kredit Risklərinin İdarə Edilməsi şöbəsinin Aparıcı mütəxəssis/Baş mütəxəssis vakansiyası


  • Dərc edildi: 10 Noyabr, 2021 - 07:22
Kredit Risklərinin İdarə Edilməsi şöbəsinin Aparıcı mütəxəssis/Baş mütəxəssis vakansiyası

Kredit Risklərinin İdarə Edilməsi şöbəsinin Aparıcı mütəxəssis/Baş mütəxəssis Ümumi məlumat Kapital Bank namizədləri Risklərin İdarə Edilməsi Departamentinin Kredit Risklərinin İdarə Edilməsi şöbəsində Aparıcı mütəxəssis/Baş mütəxəssis vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Öhdəliklər ·Anderraytinq və Kollekşn modellərinin hazırlanması, tətbiqi və təkmilləşdirilməsini həyata keçirmək; ·Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi; ·Stress-test modellərinin hazırlanmasında, tətbiq edilməsində və nəticələri ilə bağlı təkliflərin verilməsi; ·Mərkəzi Bankın tələblərinə və IFRS standartlarına uyğun olaraq aktivlərə ehtiyyatların yaradılması və nəzarət; ·Kredit əməkdaşlarının mükafatlandırma sisteminin daimi qiymətləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək; ·Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi; ·Fəaliyyəti ilə bağlı nəticələrin hesabatlılığının rəhbərliyə təqdim edilməsi; ·Statistik modellərinhazırlanması. Tələblər ·İqtisadi və ya hüquqi sahə üzrə ali təhsil; ·Yüksək ünsiyyətqurma qabiliyyəti; ·Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti; ·Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti; ·Bank əməliyyatları və biznes prosesləri barədə biliklər; ·İri həcmli məlumat bazası ilə işləmək və SQL kodlaşdırmanın edilməsi (Əlavə statistik proqram biliyi arzu olunandır RpythonSASTibco və.s); ·Risklərin idarə edilməsi sahəsində aparıcı mütəxəssis üçün minimum 2 il, baş mütəxəssis üçün isəminimum 3 il iş təcrübəsi. Əgər təklifimiz Sizə maraqlıdırsa,https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud[email protected]email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5813
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1084
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 394
“İnnovativ məktəb” l...