Bazar ertəsi, 2 İyun, 2025

Kredit və bazar riskləri şöbəsinin eksperti və ya şöbə rəisi müavini vakansiyası


  • Dərc edildi: 4 İyun, 2021 - 07:03
Kredit və bazar riskləri şöbəsinin eksperti və ya şöbə rəisi müavini vakansiyası

“Rabitəbank” ASC Risklərin idarə edilməsi departamentinin, Kredit və bazar riskləri şöbəsinə ekspert və ya şöbə rəisi müavini vakansiyası üzrə işə qəbul elan edir.   Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır. Əsas vəzifələr:  

  • Kredit portfeli üzrə müxtəlif hesabatlar və onların təhlilini hazırlamaq (vintaj analizi, miqrasiya matris, roll rate, PD və s.) və hesabatlardan irəli gələn tövsiyyələr vermək;
  • Mərkəzi Bankın tələblərinə və IFRS standartlarına uyğun olaraq aktivlərə ehtiyyatların yaradılması və nəzarətini etmək;
  • Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi və nəticələri ilə bağlı təkliflərin vermək;
  • Şöbədaxili normativ-hüquqi sənədlərin (qayda, prosedur və s.) hazırlanması və yenilənməsi prosesində iştirak etmək.
  Namizədə olan tələblər:
  • Ali təhsil (Riyaziyyat / Statistika / Maliy
    yə və ya İqtisadiyyat sahəsi üzrə);
  • Kredit risklərinin idarə edilməsi sahəsində minimum 3 il iş təcrübəsi;
  • Xarici dil bilikləri üstünlük sayılır (İngilis dili və Rus dili);
  • MS Office proqramları xüsusilə Exceldə yüksək səviyyədə işləmək bacarığı (SQL bilikləri arzuolunandır);
  • Riyazi, statistik və ekonometrik biliklər;
  • Təqdimatların formalaşmasında, iri həcmli məlumatın yığımında, təhlilində işlənmə bacarığı;
  • Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət göstəricilərə malik olmaq.
  Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected]elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində“Kredit və bazar riskləri şöbəsinin eksperti və ya şöbə rəisi müavini”göstərməyiniz xahiş olunur.   Əlaqə vasitələri: E-mail: [email protected] Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 3  

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 29
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 108
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 146
Lisey və gimnaziyala...