Şənbə, 26 İyul, 2025

“LAN işləri üzrə mütəxəssis ” vakansiyası


  • Dərc edildi: 12 Noyabr, 2021 - 12:06
“LAN işləri üzrə mütəxəssis ” vakansiyası

AzEduNet MMC “LAN işləri üzrə mütəxəssis ” vakansiyası üzrə namizədlər axtarır. İş barədə məlumat: - Strukturlaşdırılmış Kabelləmə, Lokal hesablama şəbəkələrinin (LAN), Video müşahidə (CCTV) sistemlərinin topoloqiyanın sxemlərinin çəkilişi və smetanın tərtib edilməsi; - Strukturlaşdırılmış Kabelləmə, Lokal hesablama şəbəkələrinin (LAN), Video müşahidə (CCTV)sistemlərinin qurulması və sazlanması; - Yeni İKT avadanlıqların quraşdırılması, sazlanması və qeydiyyatı; - Lokal şəbəkənin işlək vəziyyətdə saxlanılması üçün monitoringi, diaqnostikası, profilaktik işlərin aparılması və sazlanması; - Daxil olmuş müraciətlərin və tapşırıqların iş emalı üçün nəzərdə tutulmuş Əməliyyat Sistemində qeydiyyatı və müştərilərlə müqavilədə razılaşdırılmış vaxta uyğun icrası; - Görülən işlərin təhvil-təslimi, aktlaşdırılması, mal-materialın dövriyyəsinin dəstəklənməsini və iş emalın Əməliyyat Sistemində əks olunması; - Rəhbər tərəfindən verilən vəzifə icrası ilə bağlı digər işlər; Vəzifə ilə bağlı tələblər: • Yaş 25-35 arası ; • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsinin olması; • Zəif axınlı kabel sistemlərinin qurulması üzrə iş təcrübəsi ; • Komandada işləmək bacarığı; • Peşəkar inkişafa meyillilik; Şirkət tərəfindən- Könüllü tibbi siğorta/ Korporativ nömrə; İş günləri- həftədə 5 gün, saat 09:00-dan 18:00-dək. Əmək haqqı: Razılaşma yoluyla. Göstərilən vəzifə üzrə maraqlanan namizədlərdən mövzu hissəsində “LAN işləri üzrə mütəxəssis” yazmaqla bu elektron poçt ünvanına CV göndərmələri xahiş olunur:[email protected]

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 189
“İnnovativ məktəb” l...
Tələbələrin təqaüdü artırıldı - Sərəncam
24 İyul, 2025 - 15:07 776
Tələbələrin təqaüdü ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 549
Azərbaycan Texnologi...