SAFAROFF CA komandamızı genişləndirir! Layihə əsaslı əməkdaşlıq üçün Marketinq sahəsi üzrə Layihə Rəhbəri axtarırıq.
Vəzifə öhdəlikləri:
Marketinq yönümlü layihələrin planlaşdırılması, idarə olunması və uğurla tamamlanmasına nəzarət etmək
Komanda üzvləri arasında vəzifə bölgüsünü həyata keçirmək və tapşırıqların icrasını nəzarətdə saxlamaq
Layihə müddətində riskləri qiymətləndirmək və idarə etmək
Müştəri tələblərinə uyğun təqdimat və təkliflər hazırlamaq
Layihələrin vaxtında və büdcəyə uyğun yerinə yetirilməsini təmin etmək
Marketinq kampaniyalarının nəticələrini təhlil etmək və hesabatlar hazırlamaq
Rəhbərliyə layihələrin gedişi ilə bağlı mütəmadi hesabatlar təqdim etmək
Tələblər:
Ali təhsil (mütləq şəkildə Marketinq ixtisası üzrə bakalavr dərəcəsi)
Marketinq və ya layihə idarəetməsi sahəsində minimum 1-3 il iş təcrübəsi
Layihə idarəetmə metodologiyaları (Agile, Scrum, PMP və s.) barədə anlayış (üstünlükdür)
Komanda ilə işləmə və liderlik bacarığı
Yüksək təşkilatçılıq, vaxtın düzgün idarə olunması və nəticə yönümlü düşüncə
Güclü analitik bacarıq və hesabat hazırlama qabiliyyəti
Azərbaycan dilində əla səviyyədə yazılı və şifahi bacarıq, rus və ya ingilis dili biliyi üstünlükdür
Təklif edirik:
Rəqabətədavamlı əmək haqqı
Stabil və inkişaf yönümlü iş mühiti
Peşəkar inkişaf və təlim imkanları
Müraciət qaydası:
CV-nizi "Layihə rəhbəri – Marketinq" başlığı ilə [email protected] elektron poçt ünvanına göndərin.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb